📍VV-GroupProqram qısamüddətli təcrübə deyil. Məqsədimiz namizədləri öz komandamız üçün yetişdirmək və uzunmüddətli əməkdaşlıq qurmaqdır. 📌 AÇIQ İSTİQAMƏTLƏR1️⃣ SMM təcrübəçi (SMM Intern)• Sosial şəbəkə hesablarının idarə olunması və kontent planının hazırlanması• Post, Reels və story üçün mətn və vizual materialların hazırlanması• Foto və video montaj işləri• PR materiallarının, elan və təqdimat mətnlərinin yazılması• Auditoriya analizi və nəticələrin izlənməsi 2️⃣ Satış üzrə təcrübəçi (Sales Intern)• İki şirkətin məhsul və xidmətlərinin satışı• Potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi• Müştərilərlə ilkin əlaqənin qurulması: zənglər, yazışmalar və görüşlər• Kommersiya təkliflərinin və təqdimatların hazırlanması• Satış prosesinin və müştəri məlumatlarının CRM sistemində izlənməsi• Satış nəticələrinə dair hesabatların hazırlanması• Güclü ünsiyyət və inandırma bacarığı, rus dilini bilmək üstünlük sayılır ✅ BÜTÜN NAMİZƏDLƏR ÜÇÜN TƏLƏBLƏR• İngilis dilini ən azı B2 səviyyədə bilmək, Rus dili arzuolunandır• Süni intellekt alətləri ilə səmərəli işləmək bacarığı (mütləqdir)• Yüksək araşdırma və analitik düşüncə bacarığı• Layihəyə maraq və öz işini sevmək• Məsuliyyət, öyrənməyə açıq və komanda ilə işləmə bacarığı• Texniki biliklər (Canva, Figma, CRM sistemləri və s.) üstünlük sayılır 🎯 TƏKLİF OLUNAN ŞƏRTLƏR• Müddət: 3 aylıq təcrübə proqramı• Sınaq müddəti: ilk 2 həftə (ödənişsiz)• Təcrübədən sonra: uğurlu namizədlər üçün rəsmi işə qəbul imkanı• İş qrafiki: həftədə 5 gün tam iş günü, 6-cı gün yarımgün• Ünvan: Ağ Şəhər, 2-ci Yaşıl Ada• Real layihələrdə təcrübə və müxtəlif istiqamətlərdə inkişaf imkanı 📩 MÜRACİƏTCV-nizi müraciət etdiyiniz istiqaməti qeyd etməklə e-mail [email protected] ünvanına göndərin. Mövzu hissəsində vakansiyanın adını yazmağı unutmayın.
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti