
Bakı4
Office Manager
Office Manager
500 ₼
Yoxlanılıb3 həftə əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar4
Nömrə№2994436
Təsvir
Stellart Academy komandasını genişləndirir və həm ofis idarəetməsində aktiv, həm də kamera qarşısında sərbəst olan, dinamik komanda yoldaşı axtarır!
Əsas şərtimiz odur ki, namizəd həm ofis proseslərini səliqə ilə idarə etsin, həm də tədris mühitinin canlılığını sosial şəbəkələrimiz üçün (story formatında) əyləncəli şəkildə əks etdirə bilsin.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən xahiş olunur ki, cv-ni [email protected] elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərsinlər.
Tələblər:
• Cins və yaş məhdudiyyəti yoxdur (əsas olan enerjili, aktiv və məsuliyyətli olmaqdır).
• İdarəetmə, təşkilatçılıq və kommunikasiya bacarıqları.
• Kamera qarşısında həyəcanı olmayan, sərbəst, gülərüz və ünsiyyətcil.
• Smartfonla (telefonla) keyfiyyətli və operativ çəkilişlər etmək bacarığı.
• Komanda ilə işləmə və yaradıcı ideyalar təqdim etmə həvəsi.
Vəzifə öhdəlikləri:
• Ofis İdarəetməsi və Qeydiyyat: Ofisin ümumi idarə edilməsi, gələn qonaqların, müəllimlərin və tələbələrin/uşaqların qeydiyyatının aparılması.
• İnnovativ Yanaşma: Ofis idarəçiliyinə və proseslərə maraqlı, aktiv yeniliklər və ideyalar gətirmək.
• Çəkiliş və Kontent: Dərs prosesi zamanı müəllimlərin və tələbələrin telefon vasitəsilə təbii, canlı videolarını çəkmək və sosial şəbəkə storilərində paylaşmaq.
• Kamera Qarşısında Təqdimat: Bəzi hallarda kamera qarşısına keçərək kursun xidmətləri, başlayan qruplar və dərslər barədə məlumatlar vermək, aktiv və əyləncəli tərzdə təqdim etmək.
Maaş: 500-700 AZN
Yaş: 18-45
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Stellart Academy boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM





