
Bakı10
Office manager
Office manager
Razılaşma yolu ilə
Yoxlanılıb6 gün əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar10
Nömrə№5681598
Təsvir
Əsas vəzifə öhdəlikləri
1. Ofis idarəçiliyi və inzibati fəaliyyət
Ofisin gündəlik fəaliyyətinin təşkili və nəzarətdə saxlanılması;
Ofisin daxili nizam-intizam və iş qaydalarına riayət olunmasının izlənilməsi;
Ofis ləvazimatları və digər inzibati ehtiyacların idarə olunması;
Müəllimlər, tələbələr və əməkdaşlar arasında gündəlik koordinasiyanın təmin edilməsi;
Davamiyyət və iş qrafiklərinin izlənilməsi;
Daxil olan zənglərin, elektron məktubların və müraciətlərin idarə olunması;
Sənədləşmə, məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi.
2. Rəhbərliyə administrativ dəstək
Rəhbərliyin gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması;
İclasların, görüşlərin və işgüzar tədbirlərin təşkili;
Rəhbərlik tərəfindən verilən tapşırıqların qeydiyyata alınması və icrasının izlənilməsi;
Müxtəlif şöbələr və əməkdaşlar arasında tapşırıqların koordinasiyası;
Hesabatların, təqdimatların və işgüzar yazışmaların hazırlanmasına dəstək;
Rəhbərliyin gündəlik iş proseslərinin daha səmərəli təşkilinə kömək etmək;
Məxfi məlumatların qorunmasını təmin etmək.
3. Hesabatlılıq və proseslərin izlənilməsi
Gündəlik və həftəlik inzibati hesabatların hazırlanması;
Açıq qalan tapşırıqların və görüləcək işlərin izlənilməsi;
Mövcud inzibati proseslərdə problemlərin müəyyən edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
Rəhbərliyə müvafiq məlumatların vaxtında təqdim edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Office Manager, Personal Assistant vəzifələrində minimum 1–2 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi arzuolunandır;
MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint üzrə biliklər;
Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları;
Effektiv kommunikasiya və problem həll etmə bacarığı;
Eyni zamanda bir neçə tapşırığı idarə etmək və prioritetləşdirmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar, diqqətli və detallara həssas olmaq;
Məxfi məlumatlarla işləmək və peşəkar etik qaydalara riayət etmək.
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Rəhbərliklə birbaşa işləmək və idarəetmə proseslərində iştirak etmək imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir
Elanın mənbəyi
Orijinal elanı aç© Score College busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM



