Əsas vəzifə öhdəlikləri:
Müəssisəyə daxil olan vətəndaşların, qonaqların və digər ziyarətçilərin qarşılanmasını, qeydiyyatını və müvafiq struktur bölmələrə yönləndirilməsini təmin etmək, qəbul sahəsinin fəaliyyətini təşkil etmək və ilkin inzibati məlumatlandırma xidmətini həyata keçirmək.Müəssisəyə daxil olan ziyarətçilərin qeydiyyatını aparmaq, zəruri məlumatları müvafiq qeydiyyat jurnalına və ya elektron sistemə daxil etmək; Rəhbərliyin və struktur bölmə rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq görüş və qəbulların təşkilində iştirak etmək; Əvvəlcədən təyin edilmiş görüşlərin qeydiyyatını aparmaq və müvafiq şəxsləri görüşlər barədə məlumatlandırmaq;Daxil olan telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyəti şəxslərə yönləndirmək və ilkin məlumatları təqdim etmək;Daxil olan yazılı sənədləri və müraciətləri qəbul edərək müəyyən edilmiş qaydada aidiyyəti üzrə yönləndirmək; Ziyarətçilərin gözləmə və qəbul prosesinin nizamlı təşkilini təmin etmək; Müəssisədaxili iclas, görüş və tədbirlər barədə məlumatlandırma və təşkilati işlərdə iştirak etmək; Qəbul sahəsinin səliqəli, nizamlı və lazımi avadanlıqlarla təmin olunmuş vəziyyətdə saxlanılmasına nəzarət etmək; Ziyarətçilərlə ünsiyyət zamanı etik davranış və xidməti ünsiyyət qaydalarına riayət etmək; Müəssisəyə daxil olan ziyarətçilər haqqında məlumatların məxfiliyini qorumaq; Fəaliyyəti ilə bağlı qeydiyyat məlumatlarını, gündəlik qeydləri və hesabatları aparmaq; Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Tələblər:
Ali təhsil;Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;Xarici dil biliklərinə üstünlük verilir.Yüksək ünsiyyət və təqdimetmə bacarığı;Nəzakətli və etik davranış;Operativlik və diqqətlilik;Təşkilatçılıq və koordinasiya bacarığı;Stressə davamlılıq;Komandada işləmək bacarığı.
Bilməlidir:
Xidməti etik davranış və işgüzar ünsiyyət qaydalarını;Sənədləşmə və qeydiyyat işlərinin aparılması qaydalarını;Vətəndaşların qəbulu və müraciətlərin yönləndirilməsi qaydalarını; Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə qaydalarını;
Vakansiya növü: Tam ştat
Şirkət: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azersilah/azersilah-ofis-administrator-78304342/apply
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti