
Bakı2
Ofis İnzibatçısı
Ofis İnzibatçısı
600 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar2
Nömrə№6007457
Təsvir
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
İş rejimi:
I–V günlər: Tam iş günü (08:30-dan 17:30-dək)
Şənbə: Natamam iş günü (saat 08:30-dan 13:30-dək)
Bazar: İstirahət günü
Climaservice Baku MMC — iqlimləndirmə və havalandırma sistemlərinin satışı, quraşdırılması və servis xidməti üzrə ixtisaslaşmış etibarlı mühəndislik şirkətidir.
Vəzifə öhdəlikləri:
Rəsmi sənədlərin qəbulu, göndərilməsi, qeydiyyatı, arxivləşdirilməsi və sənədləşmə işlərində şöbələrə dəstək
Elektron qaimə-fakturaların qeydiyyatı
ERP proqramında məlumatların daxil edilməsi (proqram işə başladıqdan sonra öyrədiləcək)
Qonaqların qarşılanması, onlara çay-qəhvə təqdim edilməsi və telefon zənglərinin cavablandırılması
Ofis əşyalarının və təchizatının idarə edilməsi, ofisdə səliqə-sahmana nəzarət
Ofis iclaslarının və tədbirlərinin təşkil edilməsi
Şirkət rəhbərliyinin görüşlərinin və iş qrafikinin təşkilinə dəstək göstərilməsi
Rəhbərliyin tapşırıqlarının icrası və aidiyyəti şöbələrə çatdırılması
Namizədə tələblər:
Xanım namizədlər
Ali təhsil (texniki sahədə olması arzuolunandır)
Xarici dil biliyi üstünlükdür (rus, ingilis)
MS Office proqramlarından (xüsusilə Word və Excel) istifadə bacarığı
Səliqəli, diqqətli və məsuliyyətli olmaq
Ünsiyyətcil, nəzakətli və komanda ilə işləməyi bacarmaq
İş şəraiti:
Rəsmi əmək müqaviləsi
ERP proqramı və sənəd dövriyyəsi üzrə öyrədilmə
Əmək haqqı: 600-700 AZN
Peşəkar inkişaf və karyera artımı imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “Ofis İnzibatçısı” qeyd edilməlidir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/206183/ofis-inzibatcisi
REKLAM
