
Ofis / Satış Meneceri
Ofis / Satış Meneceri
600 ₼
Yoxlanılıb2 həftə əvvəl
ŞəhərBakı
Tarix
Nömrə№2132719
Təsvir
Satış və Müştəri Xidmətləri Mütəxəssisi. Biz qəlyan sektorunda fəaliyyət göstərən, müştəri məmnuniyyətini və keyfiyyəti hədəf seçən dinamik şirkətik. İşə qəbul olunan şəxs ofisdə oturaraq daxil olan zəngləri, mesajları (DM) və sifarişləri cavablandıracaq, şirkətin məhsullarını təqdim edib satışını həyata keçirəcək, həmçinin gündəlik əməliyyatları MS Office (Word, Excel) proqramlarında qeydə alacaq.
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və Bazar.
Əmək haqqı: 600 - 800 AZN.
Tələblər:
Müştəri xidmətləri və ya satış sahəsində iş təcrübəsi (üstünlükdür).
MS Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək.
Azərbaycan və rus dillərində səlis, aydın və səliqəli danışıq qabiliyyəti.
Güclü satış qabiliyyəti, məhsulu inamla təqdim edə bilmək bacarığı.
Xanım namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
Müştərilərdən gələn zənglərin, sorğuların və sifarişlərin vaxtında və peşəkar şəkildə qəbul edilməsi.
Potensial müştərilərlə əlaqə qurulması, şirkət məhsullarının təqdimatı və satışın həyata keçirilməsi.
Mövcud müştəri bazası ilə əlaqələrin saxlanılması və xidmət səviyyəsinin yüksək səviyyədə idarə olunması.
Satış və müştəri xidmətləri ilə bağlı əməliyyatların, hesabatların MS Office proqramlarında (Word, Excel) dəqiq qeydə alınması.
Maaş: 600-800 AZN
Yaş: 23-35
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Panada MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar





Nergiz










Mehman Məmmədov