Prayk
Optik məsləhətçi — Satış
600 ₼

Optik məsləhətçi

YoxlanılıbBu gün
Kateqoriya
Satış
Tarix
Baxışlar
6
Nömrə
№6192787

Təsvir

Məşhur beynəlxalq optik brendlərin məhsullarının satışı istiqamətində fəaliyyət göstərən şirkətimiz komandamızı genişləndirmək məqsədilə "Optik Məsləhətçisi" vəzifəsi üzrə yeni əməkdaş axtarır. Şirkətimiz müştərilərə yüksək səviyyəli xidmət göstərərək onların ehtiyaclarına uyğun eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların seçimində peşəkar dəstək təqdim edir. Müştəriyönümlü yanaşmaya malik, satış və ya optik sahədə təcrübəsi olan, özünü inkişaf etdirməyə həvəsli və nəticəyönümlü namizədləri komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun optik məhsulların seçimi üzrə peşəkar məsləhət vermək. Eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların təqdimatını və satışını həyata keçirmək. Müştərilərə məhsulların xüsusiyyətləri, üstünlükləri və istifadə qaydaları haqqında ətraflı məlumat vermək. Satış prosesini şirkətin standartlarına uyğun şəkildə idarə etmək və satış hədəflərinə nail olmaq. Sifarişlərin qəbulunu, sənədləşdirilməsini və müştəriyə təhvil verilməsini təmin etmək. Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək və uzunmüddətli müştəri əlaqələri qurmaq. Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə, səliqəsinə nəzarət etmək. Kassa əməliyyatlarını və satış proqramı üzrə məlumatların düzgün daxil edilməsini həyata keçirmək. Şirkətin keçirdiyi təlimlərdə iştirak etmək və məhsul biliklərini daim yeniləmək. Komanda üzvləri ilə əməkdaşlıq etmək və filialın ümumi fəaliyyətinə dəstək vermək. Tələblər: Orta və ya ali təhsil Satış və müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır Optika sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür Yüksək ünsiyyət və təqdimat bacarığı Müştərinin ehtiyaclarını müəyyən etmək və düzgün məhsul seçimini təklif etmək bacarığı Satış texnikalarını bilmək və satış nəticələrinə fokuslanmaq Komanda ilə işləmək bacarığı Səliqəli xarici görünüş, məsuliyyət və punktuallıq Kompüter və satış proqramlarından istifadə bacarığı Biz təklif edirik: Premium brendlərlə işləmək imkanı Məhsullar və satış texnikaları üzrə təlimlər Müasir və peşəkar iş mühiti KPI və bonus sistemi Peşəkar inkişaf və karyera artımı üçün imkanlar Əmək haqqı: 600-800 Azn + bonus Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (099) 203-05-08 (whatsapp) nömrəsinə göndərə bilərlər. Maaş: 600 AZN Son müraciət tarixi: 20.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Novo Pharm jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp