Golden Trip Travel MMC
Vəzifə öhdəlikləri
* Müştərilərdən daxil olan sorğuları qəbul etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun tur variantları təqdim etmək;
* Fərdi və qrup səyahətləri üçün tur proqramları və paketlər hazırlamaq;
* Otel, transfer, aviabilet, sığorta və digər turizm xidmətlərinin bron prosesini həyata keçirmək;
* Xarici DMC-lər, otellər və digər turizm şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmaq;
* Partnyorlarla gündəlik işgüzar yazışmaları aparmaq və qiymət/təklif sorğuları göndərmək;
* Müştərilərə viza müraciəti və səyahət sənədlərinin hazırlanması prosesində dəstək göstərmək;
* Mövcud müştərilərlə davamlı əlaqə saxlayaraq təkrar satış imkanlarını artırmaq;
* Səyahət proqramlarının vaxtında və düzgün icra olunmasını izləmək;
* Turizm bazarını və mövsümi tələbatı araşdıraraq yeni istiqamət və paketlər formalaşdırmaq;
* Rezervasiyaların və satış prosesinin gündəlik nəzarətini həyata keçirmək;
* Gündəlik və aylıq satış nəticələri üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər
* Ali təhsil;
* Outgoing turizm sahəsində 1–3 il iş təcrübəsi;
* Azərbaycan, rus və ingilis dillərində ünsiyyət və yazışma bacarığı;
* MS Office, Outlook və digər ofis proqramları ilə işləmə bacarığı;
* Müştərilərlə düzgün kommunikasiya qurmaq bacarığı;
* Satış yönümlü və nəticə fokuslu yanaşma;
* Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
* Turizm məhsullarını araşdırmaq və yeni istiqamətləri öyrənmək həvəsi.
Əmək haqqı və bonus
Gross əmək haqqı: 400 AZN
Əlavə olaraq, əməkdaşın həyata keçirdiyi satışlardan əldə olunan gəlirin 5%-i bonus olaraq hesablanır.
Beləliklə, əməkdaşın ümumi gəliri 400 AZN gross sabit əmək haqqı + satış bonusundan formalaşacaq.
İş qrafiki
Bazar ertəsi – Cümə: 10:00–19:00
Şənbə: 11:00–17:00
Bazar: istirahət günü
İş yeri: Bakı, Blue Mall
Müraciət
Tələblərə uyğun namizədlər şəkilli CV-lərini göndərərək vakansiyaya müraciət edə bilərlər