
7
Pambıq istehsalı avadanlığının operatoru
Pambıq istehsalı avadanlığının operatoru
650 ₼
Yoxlanılıb2 gün əvvəl
Tarix
Baxışlar7
Nömrə№4186300
Təsvir
İş şəraiti
İş yeri: Xocəsən metrosunun yanı
İş rejimi: Həfətə içi 5 gün
Əmək haqqı: 650 AZN
Vəzifə təlimatı:
Pambıq əsaslı gigiyenik məhsulların istehsalı üçün nəzərdə tutulmuş yeni avtomatlaşdırılmış avadanlığı idarə etmək;
Avadanlığı istehsalat təlimatına uyğun şəkildə işə salmaq və dayandırmaq;
İstehsal prosesinin fasiləsiz və düzgün aparılmasına nəzarət etmək;
Hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
Qüsurlu məhsulları ayırmaq, artıq tullantı və xammal itkisi yarandıqda məsul şəxsə məlumat vermək;
Gündəlik istehsal miqdarı, qüsurlu məhsullar və avadanlığın dayanması barədə sadə uçot aparmaq;
Avadanlıqda yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxsə məlumat vermək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək;
İş yerinin və avadanlığın təmizliyini və səliqəsini təmin etmək.
Namizədə tələblər:
Orta və ya orta ixtisas təhsili;
Hərbi xidmət keçmiş olmalıdır;
İstehsalat avadanlığı ilə işləmək bacarığı;
Texniki düşüncə və yeni avadanlığı qısa müddətdə öyrənmək qabiliyyəti;
Diqqətli,məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
İş vaxtı siqaret çəkmək qəti qadağandır.
Qeyd:İşə qəbul edilən operatora avadanlıq və istehsal prosesi üzrə ilkin təlim keçiriləcək.
Əlaqə nömrəsi - (070) 911-41-71
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 650 AZN
Son müraciət tarixi: 08.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Moon Cotton MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar









Razılaşma yolu ilə
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026





