

Panel radiatoru DemirDöküm 100 sm
Təsvir
Panel radiatorlar adətən mənzillərin isidilməsi üçün istifadə edilir. Təqdim etdiyimiz Demir Dokum radiatorlar Türkiyə istehsalıdır və yüksək isitmə gücünə sahibdirlər. Sadə işləmə prinsipinə və asan quraşdırılmaya görə bu tip radiatorlara təlabat artır. Otağın effektiv isidilməsi cihazın daxilində dövriyyə edən isti su sayəsində yerinə yetirilir. Bundan başqa panelin daxilində büzməli metal təbəqə mövcuddur. Bu da əlavə olaraq isitmə sahəsini artırır. Nəticədə, panelin istisi ətrafa yayılır və otaq daha sürətli isidilir.
Radiator yan tərəfdən istilik sisteminə qoşulur. Materialı keyfiyyətli poladdır. Beləliklə, Demir Dokum panel radiatoru uzun illər ərzində sizə xidmət edəcək. Hündürlüyü 50 sm, eni isə 1 metrdir. Sadə dizayn və klassik ağ rəngi sayəsində otağın görünüşünə ideal uyğunlaşır.
Saytımız vasitəsilə tələblərinizə və büdcənizə uyğun panel radiatorlar tapa bilərsiniz. Sözügedən modelin parametrlərini digər radiatorlarla müqayisə etmək olar. Əlavə sualınız yaransa Live Chat bölməsindən əməkdaşımıza müraciət edə bilərsiniz. Və ya “Canlı video məsləhətçi” düyməsinə basıb video zəng vasitəsilə evinizdən çıxmadan məhsul ilə tanış olun.
Elanın mənbəyi
Orijinal elanı aç© Kontakt Home kontakt.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar
Hamısına bax














