Vəzifə öhdəlikləri
Müştərilərin fiziki hazırlığının, hərəkət imkanlarının və məqsədlərinin qiymətləndirilməsi;
Mat və Reformer Pilates üzrə fərdi və qrup dərslərinin hazırlanması və keçirilməsi;
Düzgün duruş, nəfəsalma, bədən nəzarəti və stabilizasiya texnikalarının öyrədilməsi;
Hərəkətlərin iştirakçıların hazırlıq səviyyəsinə uyğunlaşdırılması;
Pilates avadanlığından düzgün və təhlükəsiz istifadəyə nəzarət;
Müştərilərin inkişafının izlənilməsi və proqramların müvafiq qaydada yenilənməsi.
Namizədə tələblər
Mat və Reformer Pilates üzrə tədris təcrübəsi;
Anatomiya, biomexanika, Pilates metodikası və əks göstərişlər üzrə biliklər;
Mat və Reformer Pilates üzrə müvafiq sertifikatların olması üstünlükdür;
Yüksək ünsiyyət və motivasiya bacarığı;
Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
Peşəkar və dinamik iş mühiti;
Peşəkar inkişaf və təlim imkanları;
Stabil və uzunmüddətli əməkdaşlıq;
Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 27.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/gym-management-company-pilates-mesqcisi-pilates-instructor-157113
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti