Prayk

Pre-Sales & Market Development Specialist

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Kateqoriya
Satış
Tarix
Baxışlar
3
Nömrə
№5849420

Təsvir

Vəzifə və öhdəliklər Hədəf sahələrin və şirkətlərin müəyyən edilməsi, müvafiq əlaqə şəxslərinin tapılması. Müştərilərlə görüşlərin keçirilməsi, onların proseslərinin, xərclərinin və avtomatlaşdırma ehtiyaclarının öyrənilməsi. Mühəndislərlə birlikdə obyektlərin müayinəsinin təşkili və həllə dair tələblərin formalaşdırılması. Robotların tətbiq variantlarının texniki imkanlar və obyektin şərtləri nəzərə alınmaqla seçilməsi. Texniki və maliyyə komandaları ilə birlikdə kommersiya təkliflərinin, təqdimatların və ROI hesablamalarının hazırlanması. Satınalma, lizinq və Robotics-as-a-Service (RaaS) variantlarının işlənib hazırlanması. Demonstrasiyaların və Live Reference (robotların işlədiyi obyektlər) ziyarətlərinin təşkili. Müştəri pipeline-nın aparılması: ehtiyacların, danışıqların mərhələsinin, növbəti addımların və müddətlərin qeyd edilməsi. Müştəri pilot layihələrinin hazırlığının koordinasiyası və razılaşdırılmış tələblərin tətbiq komandasına ötürülməsi. Bilik və bacarıqlar Müştərinin biznes tapşırıqlarını müəyyən etmək və təklif olunan həllin faydasını izah etmək bacarığı. Təkliflərin, təqdimatların və əsas maliyyə hesablamalarının hazırlanması bacarığı. Mühəndislərlə birgə işləmək və texniki vədləri təklifə daxil etməzdən əvvəl yoxlamaq bacarığı. Namizədə tələblər: B2B satışlar və ya texniki həllərin pre-sales sahəsində təcrübə. Azərbaycan dilini mükəmməl bilmək. İngilis və rus dillərində orta səviyyədə ünsiyyət bacarığı (müştərilərlə və istehsalçılarla ünsiyyət, materialların öyrənilməsi üçün). Görüşlərə və müştəri obyektlərinə səfərlərə hazır olmaq. Biz təklif edirik: Peşəkar və inkişaf yönümlü iş mühiti Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait; Karyera inkişafı perspektivi Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Pre-Sales & Market Development Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Son müraciət tarixi: 11.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/group-robotics-mmc-pre-sales-market-development-specialist-155847
REKLAM