Bank və ya bank olmayan kredit təşkilatı (BOKT) sahəsində portfelin bərpası və gecikmədə olan borcların idarə edilməsi sahəsində peşəkarsınızsa, sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas Öhdəliklər:
Gecikmədə olan kredit portfelinin analizi və idarə edilməsi;
Borclularla (və zaminlərlə) telefon danışıqlarının aparılması və fərdi görüşlərin keçirilməsi;
Ödəniş qabiliyyətinin bərpası üçün restrukturizasiya və ya alternativ həll yollarının təklif edilməsi;
Problemli borcların yığılması prosesində qanunvericiliyin tələblərinə uyğun hərəkət edilməsi;
İşin gedişatı ilə bağlı rəhbərliyə gündəlik və aylıq hesabatların verilməsi.
Ehtiyyac yaranarsa şirkət hesabına müştəri ünvanında müştəri ilə görüş(regionlar daxil)
Namizədə dair tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Hüquq sahələri üstünlükdür);
Problemli kreditlərin yığılması sahəsində minimum 1-3 il iş təcrübəsi;
Danışıqlar aparma, inandırma və psixoloji təsir göstərmə bacarığı;
Stressə davamlılıq və gərgin iş rejimində çalışmaq qabiliyyəti;
Analitik düşünmə və sürətli qərar vermə bacarığı.
Şərtlər:
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq fərdi danışıqlar əsasında (maaş + bonus sistemi) təyin ediləcək;
Peşəkar inkişaf və artım imkanları;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Problemli kreditlər üzrə mütəxəssis" qeyd olunması mütləqdir.
Son müraciət tarixi: 23.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/global-collector-mmc-problemli-kreditler-uzre-mutexessis-154637
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti