Prayk
Prorab (Tikinti işləri üzrə) — Sənaye, istehsal
1 500 ₼

Prorab (Tikinti işləri üzrə)

Yoxlanılıb6 gün əvvəl
Tarix
Baxışlar
16
Nömrə
№3778024

Təsvir

Vertex Industrial Company tikinti və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət; İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası; İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət; Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət; Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət; Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması; Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi; Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi; Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi; Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət. Namizədə tələblər: Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi; Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə; Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı; Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik; İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı; İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı. Ünvan: Caspian Plaza Əmək haqqı: 1500 AZN Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək. Maaş: 1500 AZN Son müraciət tarixi: 04.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/vertex-prorab-tikinti-isleri-uzre-152925

Bənzər elanlar

Laborant — Bakı
Razılaşma yolu ilə

Laborant


Bakı08.10.2026