Prayk
Pul kisəsi və orada yaşayan qəribə məxluqlar — Kitablar, Bakı
12.66 ₼

Pul kisəsi və orada yaşayan qəribə məxluqlar

SatılırAnaliz gedirKreditİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Kitablar
Tarix
Baxışlar
2
Nömrə
№5324847

Təsvir

Əgər uşaqlarınıza iqtisadiyyatı öyrətmək, onların maliyyə savadlılığını artırmaq, pul ilə necə davranmağı, investisiyaya nə zaman ehtiyac olduğunu izah etmək istəyirsinizsə, bu kitab əla bir seçim ola bilər. "Pul kisəsi və orada yaşayan qəribə məxluqlar” kitabında bank, qanun, vergi, kredit, taksit, faiz, sığorta, təqaüd kimi iqtisadi anlayışlar personajlar şəklində təqdim olunur. Uşaqlara iqtisadi terminləri və anlayışları əyləncəli və maraqlı şəkildə izah etmək üçün müəllif bu üsuldan istifadə edib. Kitab iqtisadiyyatı uşaqlar üçün daha əlçatan və maraqlı etmək məqsədi daşıyır. İnvestisiya zooparkında yaşayan tələb və təklif yelləncəkdə oynamağı sevən əkizlərdir. Onlar dayanmadan yellənirlər: yuxarı, aşağı, yuxarı, aşağı. Sığorta müqaviləsi – üstündə uzanmaq istədiyin xalçaya bənzəyir. Bəli, zoopark belə gülməli və qəribə qəhrəmanlarla doludur. Onların yaşadığı hər macəradan sonra iqtisadçı Rışard Petrunun gələcək maliyyəçilər üçün yazdığı iqtisadi şərhlər təqdim olunur. İqtisadi şərhləri, hətta borc, kəsir və ya iflas kimi dəhşətli məxluqları necə bəyənmək olar? Əgər onlarla Qjeqoj Kasdepkenin və Daniel de Laturun əsərində tanış olursansa, nəinki bəyənmək, hətta qucaqlayıb bağrına da basa bilərsən! Belə çıxır ki, yaxından tanıyanda onlardan ayrılmaq olmur. Müəllif: Qjeqoj Kasdepke Nəşriyyat: 3 Alma Dil: AZE Cild: Yumşaq Səhifə sayı: 228

Elanın mənbəyi

Orijinal elanı aç

© libraff.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp