Bu məhsul geyim, parça və müxtəlif dekorativ səthlər üzərinə daş və qaşları istiliklə yapışdırmaq üçün nəzərdə tutulmuş qaş vuran qalay dəstidir. Elektrik şəbəkəsi ilə işləyən cihaz üzərindəki yandırma-söndürmə düyməsi və işıq indikatoru sayəsində istifadə prosesini rahat idarə etməyə imkan verir. Ergonomik gövdə quruluşu isə uzunmüddətli iş zamanı rahat tutuş təmin edir.
Dəst ümumilikdə 8 hissədən ibarətdir:
Qalız cihazı — istilik verərək qaşları səthə yapışdırmaq üçün istifadə olunur.
Metal altlıq stend — isti cihazı təhlükəsiz şəkildə masaya qoymaq üçün istifadə olunur.
6 ədəd fərqli ölçülü qızılı başlıq — müxtəlif ölçülü qaş və daşları tam dəqiqliklə qızdırmaq və vurmaq üçün istifadə olunur.