
3
Qaynaqçı
Qaynaqçı
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№6108658
Təsvir
VS Avto Servis MMC-də yük avtomobillərinin kuzovlarının hazırlanması, yığılması və təmiri, metal konstruksiyaların qaynaq vasitəsilə birləşdirilməsi, metal hissələrin bərpası və digər qaynaq işlərinin yerinə yetirilməsi.
Vəzifə öhdəlikləri:
Yük avtomobillərinin kuzovlarının yığılması və təmiri üzrə qaynaq işlərini yerinə yetirmək;
Metal konstruksiyaların, bortların, çərçivələrin və profillərin qaynaq işlərini aparmaq;
Metal hissələri ölçüyə uyğun hazırlamaq və birləşdirmək;
Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini təmin etmək;
Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün istifadə etmək;
İş yerində təmizliyə, nizam-intizama və təhlükəsizlik qaydalarına riayət etmək;
Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə dair tələblər:
Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
Elektrik qaynağı və digər müvafiq qaynaq üsullarını bilmək;
Metal materiallarla işləmək və texniki ölçüləri oxumaq bacarığı;
Qaynaq aparatlarından və müvafiq alətlərdən istifadə etmək bacarığı;
Texniki çertyojları oxumaq bacarığı üstünlükdür;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
İş şəraiti:
İş yeri: VS AVTO SERVİS MMC-nin istehsalat sahəsi;
İş istiqaməti: Yük avtomobillərinin kuzovlarının istehsalı, yığılması və təmiri;
İş qrafiki: Müəssisə tərəfindən müəyyən edilmiş qaydada;
İş yeri Xırdalan şəhərində yereləşir.
Əmək haqqı müsabiqə əsasında təyin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Elanın mənbəyi
Orijinal elanı aç© VS Avto Servis MMC busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










