Prayk

Qazanxana üzrə mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb1 ay əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№2957869

Təsvir

İş barədə məlumat Vəzifə öhdəlikləri: - Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması; - Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi; - Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması; - Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi; - Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması; - İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi; - Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi; - Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması; - Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi. - Həftədə 6 iş günü, həftə içi 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək - Nahar fasiləsi: 13:00-dan – 14:00-dək - Korporativ nömrə (korporativ paket), - Əmək haqqı müsahibə əsnasında təyin ediləcəkdir. - AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul. Namizədə tələblər - Qazanxana- istilik sistemləri sahəsində ən azı 5 il iş təcrübəsi; - Qazanxana avadanlığının istismarı üzrə geniş və dəqiq bilikləri və müvafiq sertifikat. - Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini və texniki xarakteristikalarını; - Qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini; - İstilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin; - Suyun və buxarın keyfiyyət normalarını; - Ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini; - Qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini ; - İstifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini; - Qazan aqreqatının texniki-iqtisadi göstəricilərini; - İstilik texnikasının, mexanikanın, elektrotexnikanın, su hazırlığının əsaslarını bilməlidir. Səriştələr: - Məsuliyyətli, Nailiyyət yönümlülük,Etibarlılıq, Dürüstlük - Kompüter bilikləri: MS Office proqramları; - İş təcrübəsi: Qaz sahəsində iş stajı; - İşinə məsuliyyətli və dəqiq yanaşmalı ; - Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı; - Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Qazanxana üzrə operator" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq Şəhər: Bakı Yaş: 35 - 50 yaş Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq Əlaqədar şəxs: Nərgiz xanım Əmək haqqı: 600 - 800 AZN
REKLAM