“UĞUR İNDUSTRY” MMC Qrafik Dizayner vakansiyası elan edir:
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe Photoshop, İllusturation, İndesign, After Effect, Premier pro və Corel Draw proqramlarını yüksək səviyyədə bilmək və sərbəst işləmə bacarığı;
Motion design, animasiya və video qrafika sahəsində praktiki təcrübə;
Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika bilikləri;
Kreativ düşüncə, detallara diqqət və vaxtın düzgün idarə edilməsi;
Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı üstünlükdür;
Komanda ilə operativ ünsiyyət və geribildirimlə işləmək bacarığı;
Portfolio təqdim etmək mütləqdir;
Əsas vəzifə öhdəlikləri:
Sosial media platformaları üçün kreativ qrafik dizaynların hazırlanması;
Reklam kampaniyaları, endirim və promo aksiyaları üçün vizual konseptlərin yaradılması;
Motion qrafika, animasiya və dinamik reklam videolarının hazırlanması;
Reels, Stories və digər rəqəmsal formatlar üçün vizual kontentlərin dizayn edilməsi;
Banner, poster, flyer, POSM və digər çap materiallarının hazırlanması;
Brendin vizual kimliyinə və korporativ stilinə uyğun dizaynların hazırlanması;
Kreativ ideyaların vizual həllərə çevrilməsi;
Marketinq komandası ilə koordinasiyalı işləmək;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsini təmin etmək;
Təminatlar:
Nahar ilə təmin edilir.
Korporativ nömrə ilə təmin edilir;
İş yerinə servislə çatdırılma (Bakı və Sumqayıt şəhərlərindən);
Əmək haqqı: Xalis 1000-1500 AZN;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 19.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/ugur-industry-mmc-qrafik-dizayner-156525
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti