
Bakı4
Qrafik / Motion Dizayner
Qrafik / Motion Dizayner
Razılaşma yolu ilə
YoxlanılıbDünən
ŞəhərBakı
Tarix
Baxışlar4
Nömrə№5000718
Təsvir
Vəzifələr
Məhsul, torba, paket, etiket və digər qablaşdırma materiallarının dizayn edilməsi;
Çap materiallarının hazırlanması və çapdan əvvəlki hazırlıq (prepress) proseslərinin idarə edilməsi;
Sosial media platformaları üçün statik və hərəkətli (motion) vizualların hazırlanması;
Video montajı və qısa formatlı video kontentlərin hazırlanması;
Brend kitabçasının (Brandbook) yenilənməsi və brend standartlarına uyğun kreativ materialların hazırlanması;
Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn və kontent hazırlanması proseslərinin optimallaşdırılması.
Tələblər
Təhsil: Ali (Marketinq, Biznesin idarə olunması, PR və Kommunikasiya və digər oxşar sahələr);
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Fərdi keyfiyyətlər: məsuliyyətli, nəticəyönümlü, kreativ, təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq;
Adobe Illustrator, Photoshop, InDesign, After Effects və Premiere Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
CorelDRAW proqramında işləmək və çapqabağı hazırlıq (prepress) üzrə bacarıq;
Packaging Design və Print Design üzrə praktiki təcrübə;
3D video montaj bacarığı üstünlük sayılacaqdır;
Motion Design və video montaj bacarığı;
AI alətləri ilə işləmək bacarığı – Adobe Firefly, Midjourney, Runway/Kling və digər generativ AI alətləri;
Print & Prepress: CMYK/RGB, Pantone, bleed, dieline, resolution və çap üçün texniki faylların hazırlanması.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Ağ şəhər;
Şirkət tərəfindən naharla təmin edilmə;
Əmək haqqı və bonus müsahibə əsasında formalaşacaq;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin və həyata keçirəcəyin mehriban komanda.
Elanın mənbəyi
Orijinal elanı aç© VATAFly MMC busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM

