Prayk

Qrup rəhbəri (problemli kreditlər üzrə)

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2189326

Təsvir

İş barədə məlumat - Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu - KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı - İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi - Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər) - Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi. - İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00 dan-19:00 dək, 2/2 növbəli sistemə keçid mümkün ola bilər) - AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə - Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə - Gələcəkdə məsafədən (remote) işləmə imkanı - Əmək haqqı: 2.000 AZNgross + aylıq bonus Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Qrup Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. Namizədə tələblər - Borcların qaytarılması sahəsində təcrübə - gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi - Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması - İnsanlarla idarəetmə bacarıqları - operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq - Geri qaytarma üzrə KPI bilikləri - Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s. - Analitik düşüncə - hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı - Compliance (uyğunluq) anlayışı - komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək - Rus dilini mükəmməl bilməsi vacibdir - Lider - komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan. - Ünsiyyətcil - tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən - Stressə davamlı - geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir - Təşkilatçı - iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən - Təlimçi/Mentor - yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran. Şəhər: Bakı Yaş: 25 - 40 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əlaqədar şəxs: HR menecer Əmək haqqı: 2000 - 2200 AZN

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıBu gün 11:24