Vəzifənin təsviri:
Mammoqrafiya, MRT, KT və rentgen müayinələrinin müəyyən edilmiş protokollara uyğun həyata keçirilməsi.Pasiyentlərin radioloji müayinələrə hazırlanması və müayinə zamanı düzgün mövqeləndirilməsi.Müayinədən əvvəl pasiyentin şəxsiyyətinin, müayinə təyinatının və müayinə olunacaq nahiyənin yoxlanılması.Radiasiya təhlükəsizliyi və ALARA prinsipinə uyğun olaraq şüalanma dozasının optimallaşdırılması.MRT müayinələri zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, implant və metal əşyalarla bağlı risklərin yoxlanılması.Mammoqrafiya zamanı standart proyeksiyaların düzgün icrası, uyğun kompressiyanın tətbiqi və görüntü keyfiyyətinin təmin edilməsi.Kontrastlı müayinələrə hazırlığın həyata keçirilməsi və kontrast injektorundan düzgün istifadə edilməsi.Görüntü keyfiyyətinin qiymətləndirilməsi, artefaktların müəyyən edilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi.PACS/RIS sistemlərində müayinələrin düzgün qeydiyyatının və məlumatların idarə edilməsinin təmin edilməsi.Radioloji cihazların gündəlik yoxlanılması və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması.Təcili hallarda ilkin yardım və baza həyat dəstəyi (BLS) tədbirlərinin həyata keçirilməsi.
Tələblər:
Namizədə tələblər:
Müvafiq sahə üzrə təhsil.Radiologiya sahəsində ən azı 2 il iş təcrübəsi.MRT, KT, mammoqrafiya və rentgen cihazları ilə işləmək üzrə bilik və praktiki bacarıq.Radioloji anatomiya və əsas müayinə protokolları üzrə bilik.Radiasiya təhlükəsizliyi və ALARA prinsipi üzrə bilik.MRT təhlükəsizlik qaydalarını bilmək.PACS/RIS sistemlərində işləmək bacarığı.Pasiyentlə effektiv ünsiyyət və komandada işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Qarabağ Universitetinin Klinikası
Yer: Xankəndi, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-radiologiya-uzre-texnik-77364164/apply
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti