
4
Restoran Meneceri

1 500 ₼
Restoran Meneceri
Analiz gedirDünən
Tarix
Baxışlar4
Nömrə№5516673
Təsvir
İş yeri barədə məlumat:
Syrovarnya Restoranı
Ünvan: Zərifə Əliyeva 2/4.
Vəzifə öhdəlikləri barədə məlumat:
Şirkətin xidmət standartlarına uyğun olaraq komandanın seçilməsi, təlimləndirilməsi, inkişaf etdirilməsi və idarə olunması;
Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
Satış, rezervasiya, kassa və hesabat proseslərinə nəzarət;
Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət etmək;
Qonaq məmnuniyyətinin təmin olunması və problemlərin operativ həlli;
Restoranın ümumi əməliyyat, texniki, estetik və ümumi nizam-intizam vəziyyətinə nəzarət;
Avadanlıq, inventar və ləvazimatların düzgün və səmərəli istifadəsinə nəzarət;
Namizədə tələblər:
Restoran, Xidmət Sahəsi üzrə mütləq 3-5 il iş təcrübəsi;
Yüksək səviyyədə satış və xidmət standartları üzrə bilik;
Vaxtın düzgün idarə edilməsi bacarığı;
Effektiv kommunikasiya və problemləri operativ həll etmə bacarığı;
Kollektivdə işləmək və liderlik bacarığı;
Səlis Rus dili biliyi mütləqdir, ingilis dili arzu olunandır.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
5 günlük iş həftəsi;
İş növbəlidir və qrafik əsasında tənzimlənir;
Nahar təmin edilir;
Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
Əmək haqqı: 1500 AZN+bonus.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vakansiya adını “Restoran meneceri” qeyd edərək göndərməsi xahiş olunur.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 02.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/nova-operating-company-restoran-meneceri-155286
REKLAM



