
4
Sahə Memarı (Site Architect)

2 000 ₼
Sahə Memarı (Site Architect)
YoxlanılıbBu gün
Tarix
Baxışlar4
Nömrə№4952514
Təsvir
İş şəraiti
Layihə: Bahar Residence
İş rejimi: Həftə içi 5 gün, saat 08:00–17:00
Əmək haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki şərtlərə və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək;
Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün texniki həllər hazırlamaq;
Sahədə icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini yenidən işləmək, düzəlişlər etmək və uyğunlaşdırmaq;
Tikinti prosesində memarlıq işlərinin mütəmadi yoxlanılmasını həyata keçirmək, aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
Memarlıq və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin etmək;
Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq;
Memarlıq, konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək;
Sahədə yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi təşkilatlarla koordinasiya aparmaq;
Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların hazırlanmasını təmin etmək;
Tikinti işlərinin icra vəziyyəti və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq;
Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan qaldırılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
Memarlıq ixtisası üzrə ali təhsil;
Memarlıq və tikinti sahəsində minimum 4 il iş təcrübəsi;
Yaşayış kompleksləri və çoxmərtəbəli binaların tikintisində iş təcrübəsi üstünlükdür;
AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (vacibdir);
3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və hazırlamaq bacarığı;
Tikinti norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər;
Sahədə ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq bacarığı;
Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi;
Komandada işləmək və operativ qərarvermə bacarığı.
Təklif edirik:
Aylıq sabit əmək haqqı: 2000 AZN;
Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/kvan-group-mmc-sahe-memari-site-architect-154391
REKLAM













