
5
Sahə rəisi
Sahə rəisi
2 500 ₼
YoxlanılıbDünən
Tarix
Baxışlar5
Nömrə№5907839
Təsvir
Vəzifə öhdəlikləri:
Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət
Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi
Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət
İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması
Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması
Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması
Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət
Təslim-təhvil prosesində iştirak
Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması
Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi
Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət
Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət
Namizədə tələblər:
Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
İş şəraiti:
İş yeri: Lökbatan qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 2500-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maaş: 2500 AZN
Son müraciət tarixi: 12.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Capital Construction MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM







