
Satıcı
Satıcı
Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Təsvir
Vəzifə: Satıcı
Şöbə: Kommersiya
İş vaxtı: Tam iş vaxtı
İş yeri: Gəncə
Müraciət proseduru:
Maraqlananlar CV – lərini, mövzu hissəsində “Satıcı” yazmaqla [email protected] ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Tələblər:
Ali və ya orta ixtisas tikinti təhsili
Tikinti satış sektorunda 1-2 il iş təcrübəsi arzuolunandır
Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları.
1C satış proqramı ilə tam işləmək bacarığı
Danışıq Azərbaycan dilini bilmək
Sürücülük vəsiqəsi olsun və avtomobil idarə etməyi bacarsın
Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq
Vəzifə öhdəlikləri:
Şirkəti düzgün təmsil etmək, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
Müştəriyə smeta və kommersiya təkliflərini hazırlayıb təqdim etmək;
Satışın icrasını təmin etmək;
Anbarda səliqəyə nəzarət etmək, anbar qalıqlarını nəzarətdə saxlamaq və inventarizasiya keçirmək;
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Yaş: 23-45
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Holcim (Azərbaycan) ASC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar














