
6
Satıcı Ekspeditor (Gəncə)

900 ₼
Satıcı Ekspeditor (Gəncə)
YoxlanılıbBu gün
Tarix
Baxışlar6
Nömrə№5552304
Təsvir
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün Gəncə üzrə komandasına motivasiyalı Satıcı Ekspeditor axtarır.
Bu vəzifə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər və digər obyektlərlə işləməyi nəzərdə tutur. Şirkətin mövcud müştəri portfeli var, eyni zamanda yeni müştərilərin cəlb edilməsi də gözlənilir.
Vəzifələr
Məhsulların müştərilərə təqdimatı və satışı
Gəncə və ətraf rayonlarda müştəri ziyarətlərinin həyata keçirilməsi və məhsulların çatdırması
Sifarişlərin toplanması və qeydiyyatının aparılması
Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi
Yeni müştərilərin cəlb olunması
Satış nəticələri üzrə hesabatların təqdim edilməsi
İş şərtləri
Əmək haqqı: 900 AZN (net) + bonus
Yanacaq xərcləri qarşılanır
Avtomobil amortizasiya xərcləri (dövri) qarşılanır
Həftədə 1 gün istirahət
Şirkət tərəfindən məhsul və satış üzrə təlimlər
Real karyera inkişafı imkanı
Stabil müştəri portfeli və dəstəkləyici komanda
Tələblər
Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi
Şəxsi avtomobil və sürücülük vəsiqəsi
Azərbaycan dilində sərbəst danışıq (Rus dili arzuolunandır)
Yüksək ünsiyyət və təqdimat bacarığı
Məsuliyyətli, nizamlı və aktiv olmaq
Gəncə və Gəncə ətrafı rayonlarda işləməyə hazır olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 900 AZN
Son müraciət tarixi: 03.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Novator HRC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM









