Prayk
Satıcı-kassir tələb olunur — Vakansiyalar, Bakı
500 ₼

Satıcı-kassir tələb olunur

Kopya1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Vakansiyalar
Tarix
Baxışlar
12
Nömrə
№4141260

Təsvir

NewGross Market’ə Satıcı-Kassir Xanım Namizədlər axtarılır. İŞ ŞƏRAİTİ İş saatı: 07:30 – 16:00 Maaş: Razılaşma yolu ilə, standart 500azn Ərazi: İnşaatçılar M/S yaxınlığı, Qələbə Residence Market böyük obyekt olmadığı üçün gündəlik əsas işlər vaxtında tamamlandıqda işçi öz əsas vəzifələrini yerinə yetirdiyi müddətdə kassada otura bilər və telefon istifadəsinə icazə verilir. NAMİZƏDƏ TƏLƏBLƏR * Məsuliyyətli, diqqətli və səliqəli olmaq * Müştərilərlə nəzakətli ünsiyyət qurmaq * İşə vaxtında gəlmək və iş rejiminə riayət etmək * Məhsulların yerləşdirilməsi və son istifadə tarixlərinə diqqətlə yanaşmaq * Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək * Təmizliyə və iş yerinin səliqəsinə önəm vermək * Fiziki cəhətdən aktiv işə uyğun olmaq * Yeni iş qaydalarını öyrənməyə həvəsli olmaq * Təcrübə arzuolunandır VƏZİFƏ ÖHDƏLİKLƏRİ * Satış zalının, vitrinlərin və rəflərin daim səliqəli, təmiz və dolu vəziyyətdə saxlanılmasına nəzarət etmək. * Məhsulların kateqoriyasına uyğun, düzgün və müştəri üçün rahat şəkildə yerləşdirilməsini təmin etmək. * Məhsulların son istifadə tarixlərini mütəmadi yoxlamaq, vaxtı keçmiş məhsulları satışdan çıxarmaq və çeşidləmək. * Son istifadə tarixi yaxınlaşan məhsulları önə çəkmək və FEFO prinsipinə uyğun yerləşdirmək. * Yeni gələn məhsulları təhvil almaq, sayını və çeşidini yoxlamaq və satış zalında/anbarda düzgün yerləşdirmək. * Rəflərdə məhsul ehtiyatına nəzarət etmək, azalan və bitmək üzrə olan məhsulları müəyyənləşdirmək. * Qiymət etiketlərinin məhsullara uyğunluğunu və düzgün yerləşdirilməsini yoxlamaq. * Zədələnmiş, qablaşdırması pozulmuş və satışa yararsız məhsulları müəyyən edərək ayırmaq və rəhbərliyə məlumat vermək. * Soyuducu və xüsusi saxlanma şəraiti tələb edən məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək. * Kassa önü, satış zalı və keçidlərin daim səliqəli və təmiz saxlanılmasını təmin etmək. * Anbardan satış zalına məhsulların çıxarılmasında və anbarın səliqəsinin qorunmasında iştirak etmək. * Müştərilərə nəzakətli xidmət göstərmək, məhsulların yerini göstərmək və tələb olunan məlumatı təqdim etmək. * Kassada müştərilərə xidmət göstərmək və kassa qaydalarına riayət etmək. * İnventarizasiya, məhsul sayımı, kampaniya və endirimlərin yerləşdirilməsi kimi əlavə işlərdə iştirak etmək. * Gün ərzində yaranan çatışmazlıqları vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək. * Rəhbərliyin verdiyi digər işlə bağlı tapşırıqları yerinə yetirmək
REKLAM