Yuxarıda təqdim etdiyim daşınmaz əmlak məlumatlarını analiz et və Bina.az üçün peşəkar elan təsviri hazırla.
Aşağıdakı qaydalara əməl et:
Təsviri Azərbaycan dilində, düzgün və axıcı cümlələrlə yaz.
İlk cümlədə əmlakın yerləşdiyi ərazi, otaq sayı və satışa çıxarıldığı qeyd olunsun.
Hər məlumatı ayrıca abzasda yaz və hər abzasın əvvəlində məzmuna uyğun ikon yerləşdir.
Məlumatları bu ardıcıllıqla təqdim et:
– yerləşmə;
– əmlakın növü və otaq sayı;
– mərtəbə və binanın mərtəbə sayı;
– ümumi və sənəddə göstərilən sahə;
– təmir və əşya vəziyyəti;
– istilik və kommunal xidmətlər;
– kupça və digər sənədlər;
– ipoteka imkanı;
– qaraj və parklanma;
– məktəb, market, dayanacaq və digər yaxın obyektlər;
– əmlakın əsas üstünlükləri.
Eyni məlumatı təkrar yazma.
Məlumatlarda olmayan heç bir xüsusiyyət əlavə etmə və qiymət uydurma.
“Skvaznoy” sözü verilərsə, onu “iki tərəfə baxışı və yaxşı hava dövranı olan mənzil” kimi izah et.
Əşyaların bir hissəsi çıxarılırsa, hansı əşyaların qalacağını və ya çıxarılacağını aydın şəkildə yaz.
İpoteka borcu varsa, mövcud borcun alıcının adına keçirilə bilməsini və qalan məbləğin nağd ödənilməsini anlaşıqlı formada izah et.
Mətn satış yönümlü olsun, lakin həddindən artıq şişirdilmiş ifadələr işlətmə.
Sonda bu cümləni əlavə et:
📞 Ətraflı məlumat almaq və əmlaka baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.
Əgər ofis haqqının faizi məlumatlarda göstərilibsə, ən sonda ayrıca bu formada yaz:
💼 Ofis haqqı: [faiz]%.
Cavabda yalnız hazır elan təsvirini təqdim et, əlavə izah yazma.
##########################################
🏢 Binəqədi şossesinin yaxınlığında yerləşən Binəqədi Park Residence yaşayış kompleksində mənzil satılır.
📄 Mənzilin kupçası var və şəxsi mülkiyyətdir.
🚗 Yaşayış kompleksində sakinlər üçün avtomobil dayanacağı mövcuddur.
🚌 Binadan avtobus dayanacağına piyada təxminən 10 dəqiqəlik məsafə var.
🚍 Ərazidən 100, 108B, 123 və 179 nömrəli avtobuslar keçir. Qeyd olunan marşrutlarla Azadlıq prospekti metrosuna getmək mümkündür.
🏫 Yaşayış kompleksinin daxilində uşaq bağçası fəaliyyət göstərir.
🛒 Kompleksdə market və gündəlik ehtiyaclar üçün zəruri obyektlər mövcuddur.
🏋️ Sakinlərin istifadəsi üçün fitnes zalı və sauna var.
✅ Əlverişli yerləşməsi, kompleksdaxili infrastrukturu, nəqliyyat imkanları, parklanma sahəsi və kupçasının olması mənzilin əsas üstünlüklərindəndir.
📞 Ətraflı məlumat almaq və əmlaka baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.