Prayk
Satılır 2 otaqlı yeni tikili 93.7 m² — Mənzil, Xırdalan
207 000 ₼

Satılır 2 otaqlı yeni tikili 93.7 m²

Oxşar elanların çoxundan bahadır
Oxşar 8 elanın orta qiyməti 157 000 ₼ — bu elan təxminən 50 000 ₼ (32%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 135 000 ₼ – 175 000 ₼
Satıcıya 157 000 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
m² qiyməti 2 209 ₼ · Xırdalan medianı 1 800 ₼ — 23 % baha · rayon məlum deyil — bütün şəhərlə müqayisə
49Elan balıZəif təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 49.Balın izahına bax
SatılırAnaliz edilibYeni tikili1 ay əvvəl
Şəhər
Xırdalan
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
2
Sahə
93.7 m²
Mərtəbə
2
Yeni tikili
Bəli
Çıxarış (kupça) var
Bəli
Mərtəbə sayı
12
İpotekaya yararlı
Bəli
Tarix
Baxışlar
16
Nömrə
№2917033

Təsvir

Xırdalanın ən yaxşı, tıxacsız ərazisində – İcra Hakimiyyəti və Azərpoçtun tam yanında, infrastruktur cəhətdən əlverişli binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi ümumi 98.6 kv.m (sənəddə 93.7 kv.m) olan ideal mənzil satılır. Binanının həyətində marketlər ( Araz, Oba, Al market ) yerləşir, bütün marşrut avtobuslarının keçdiyi Heydər Əliyev prospekti, məktəb, park və sürət qatarı stansiyası evdən cəmi 5 dəqiqəlik piyada məsafəsindədir. Məktəbə və parka olan yol avtomobil yolundan keçmir və bu da uşaqların təhlükəsizliyi üçün idealdır. Bundan əlavə, birbaşa məhəllənin yanında E2 avtobusunun dayanacağı var. Mənzil tam yelçəkəndir (skvoznoy), bütün otaqlarda pəncərə var (evin pəncərələrinin bir tərəfi Azərpoçt tərəfə, digər tərəfi isə məhəlləyə baxır) və ev hər iki tərəfə baxdığı üçün yayda kondisionerə demək olar ki ehtiyac qalmır. Binanın və həmçinin mənzilin fərdi ehtiyat su çəni mövcuddur. Ev qismən əşyalı satılır; mebellərdən böyük yataq dəsti götürüləcək, elektronikadan isə 2 ədəd televizor, kombi və aspiratordan başqa digər əşyalar götürüləcək. Tam mülkiyyətçi özüməm, nağd satış qiyməti 207000 AZN-dir. Mənzil hazırda ipotekadadır; bankın şərtləri ödənərsə, 123000 AZN ödəniş etməklə ipoteka rəsmi şəkildə adınıza keçirilə bilər. Real alıcılara endirim olacaq. Maklerlər qətiyyən narahat etməsin.
REKLAM
WhatsApp