Prayk
Satılır 3 otaqlı Bina evi menzil (Yeni tikili), 100 m², 10-cu mikrorayon — Mənzil, Sumqayıt
255 000 ₼

Satılır 3 otaqlı Bina evi menzil (Yeni tikili), 100 m², 10-cu mikrorayon

Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 135 000 ₼ – 198 000 ₼
Belə elanlar orta hesabla 8 günə bağlanır
SatılırYoxlanılıbYeni tikiliBu gün
Şəhər
Sumqayıt
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
3
Sahə
100 m²
Mərtəbə
2
Yeni tikili
Bəli
Çıxarış (kupça) var
Bəli
Mərtəbə sayı
14
Əşyalı
Bəli
Tarix
Baxışlar
9
Nömrə
№4230784

Təsvir

Salam. Mənzil sahibi özüməm. Mənzil Sumqayıt şəhəri, 10-cu mikrorayon, Abşeron City yaşayış kompleksində yerləşən 15 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 100 m² olan, 3 otaqlı, geniş dəhlizli, premium təmirli mənzildir. Mənzildə cəmi 3 ay yaşayış olub. Satış səbəbi: Xarici ölkəyə köçdüyümüz üçün mənzil satışa çıxarılıb. Mənzil satış məqsədilə deyil, şəxsi yaşayış üçün təmir olunub və bütün mebel, məişət texnikası, eləcə də istifadə olunan materiallar yüksək keyfiyyətlə seçilib. Mənzil tam hazır vəziyyətdədir və bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Ciddi alıcı ilə bəzi məişət avadanlıqlarını və mebelləri çıxaraq qiymətdə razılığa gələm olar. Çıxarış (kupça) var. İpotekaya tam yararlıdır. Qaz, su və işıq daimidir. Kombi, isti döşəmə və kollektor sistemi quraşdırılıb. 2 sanitar qovşağı var. 2 balkon (mətbəx və yataq otağından çıxış). 24 saat işləyən sərnişin və yük lifti mövcuddur. Mühafizə, kamera sistemi, kodlu giriş, generator və uşaq meydançası var. Mebellər: Bütün mebellər yüksək keyfiyyətli materiallardan hazırlanıb. Mətbəx mebeli tam MDF, qapıları boyalı MDF-dir və Blum mexanizmləri ilə peşəkar usta tərəfindən yığılıb. Mətbəx masa və stul dəsti – JYSK (Danimarka). Divan – Viva (Türkiyə). Qonaq masası – Perla. Qonaq stulları – Oktayoğlu. Qonaq və yataq otaqlarının bütün mebelləri yüksək keyfiyyətlidir. Hər üç çarpayı bazalıdır. Döşəklər İstikbal markalı olub Bellona mağazasından alınıb. Məişət texnikası: Bosch iri həcmli soyuducu. LG qabyuyan maşın (Koreya istehsalı). Vestel paltaryuyan. Bosch paltarqurudan. DD Nitron Plus 24 kombi. AUX kondisioner (2 ədəd). Mənzildə olan bütün məişət texnikaları yenidir və cəmi 3 ay istifadə olunub. Hamam: Hər iki sanitar qovşağında istifadə olunan material və aksesuarlar Avropa və Türkiyə istehsalıdır. Duş və krant sistemləri E.C.A brendidir. Divar içi baçoklar Groch du. İnfrastruktur: Kompleks şəhərin ən əlverişli ərazilərindən birində yerləşir. Yaxınlıqda 24, 28, 33 və 34 nömrəli məktəblər, 56 nömrəli və özəl uşaq bağçaları (Esmanur və s.), Premium, Hiper, Gold Qayalı, Araz və Bravo marketləri, avtobus dayanacağı və dəmir yolu stansiyası yerləşir. Bütün bunları ətraflı görmək və dəyərləndirmək üçün bir dəfə mənzilə yaxınlaşmağınız kifayət edər)) Zəng və ya WhatsApp. Qeyd: Mənzildə yalnız qonaq otağının lüstürü yoxdur. Bunun səbəbi adət-ənənəyə əsasən yeni ev sahibinin onu öz zövqünə uyğun seçməsinə imkan yaratmaqdır. Hazırda mənzildə heç kim yaşamır və qeydiyyatda heç kim yoxdur. Bütün sənədlər qaydasındadır və mənzil istənilən vaxt alıcıya təhvil verilə bilər. Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi

Elanın mənbəyi

Orijinal elanı aç

© zamiq yeniemlak.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.