Prayk
Satılır 3 otaqlı yeni tikili 80 m² — Mənzil, Bakı
242 000 ₼

Satılır 3 otaqlı yeni tikili 80 m²

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Oxşar 112 elanın orta qiyməti 240 000 ₼ — bu elanın qiyməti demək olar eynidir.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 224 500 ₼ – 259 250 ₼
m² qiyməti 3 025 ₼ · Bakı medianı 2 760 ₼ — 10 % baha · rayon məlum deyil — bütün şəhərlə müqayisə
70Elan balıYaxşı təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 70.Balın izahına bax
SatılırOrijinalYeni tikili2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
3
Sahə
80 m²
Mərtəbə
9
Yeni tikili
Bəli
Mərtəbə sayı
15
Tarix
Baxışlar
29
Nömrə
№4258363

Təsvir

Həzi Aslanov metrosuna yaxın, 3 otaqlı, tam təmirli mənzil satılır! Mənzil haqqında: * Otaq sayı: 3 otaq (studio tipli) * Sahə: 80 m² (müqavilə üzrə) * Mərtəbə: 9/15 * Blok: 1-ci VIP blok * Sənəd: Çıxarış (kupça) mövcuddur * Təmir: Yeni və tam təmirli Mənzilin ilk və yeganə sahibi özüməm. Cəmi 2 ildir mənzildə yaşayırıq. Ev yeni təmirlidir, səliqəli saxlanılıb və yaşayış üçün tam hazır vəziyyətdədir. İstilik sistemi və komfort: Mənzil kombi istilik sistemi ilə təchiz olunub. Dəhliz, mətbəx və sanitar qovşağı isti döşəmə sistemi ilə təmin edilib. Otaqlarda radiatorlar quraşdırılıb. Mənzildə qalacaq əşyalar: * Yataq otağındakı çarpayı və kondisioner * Qonaq otağındakı televizor * Dəhlizdəki xüsusi yığılma mebel və ayaqqabı üçün nəzərdə tutulmuş oturacaqlı dolab * Mətbəx mebeli * Kombi * Hamam aksesuarları Bina və həyətin üstünlükləri: Mənzil 15 mərtəbəli binanın 1-ci VIP blokunda yerləşir. Binanın geniş və abadlaşdırılmış həyətində sakinlərin rahatlığı üçün müxtəlif istirahət və əyləncə zonaları yaradılıb: * Uşaqlar üçün futbol meydançası * Uşaq əyləncə və sürüşkən zonası * İdman turnikləri * Şahmat oynamaq üçün sahə * Yaşıllıq və kiçik park tipli istirahət guşəsi Binanın altında -1 və -2 mərtəbələrdə yeraltı qaraj mövcuddur. Lift vasitəsilə birbaşa qaraja enmək mümkündür. Əlavə rahatlıq və təhlükəsizlik üçün lift və binanın giriş qapısı həm maqnit açarlarla, həm də mobil telefon vasitəsilə məsafədən idarə oluna bilir. Yerləşmə və infrastruktur: Bina Həzi Aslanov metro stansiyasından təxminən 10 dəqiqəlik piyada məsafədə yerləşir. Binanın birinci mərtəbəsində böyük Bolmart supermarketi fəaliyyət göstərir. Ətrafda gündəlik yaşayış üçün əlverişli infrastruktur mövcuddur. Ödəniş şərtləri: Mənzil hazırda ABB-də illik 7%-lik ipoteka krediti ilə rəsmiləşdirilib. Alıcı üçün iki seçim mümkündür: 1. İpotekanın addan-ada keçirilməsi – alıcının gəlirləri və mövcud öhdəlikləri bankın tələblərinə uyğun olduğu və bank tərəfindən təsdiqləndiyi halda. 2. Nağd alış – ipoteka öhdəliyi bağlanmaqla mənzilin alqı-satqısının rəsmiləşdirilməsi. Mənzil həm rahat yaşayış, həm də əlverişli yerləşmə və infrastruktura üstünlük verən şəxslər üçün gözəl seçimdir. Real alıcılarla qiymət barədə danışmaq mümkündür. Ofis haqqi 1%
REKLAM
WhatsApp