Bakı Bağları şirkəti sizə ekoloji təmiz Mərdəkan qəsəbəsində 4 Sotda 1 mərtəbə 150 kv.m 4 otaqlı super bağ evini təklif edir. Bağ evi zal, mətbəx, 3 yataq otağı, qarderob, holl və 2 sanuzeldən ibarətdir. Otaqlarda asılmış pərdə və lyüsturları, divar rəsmləri, mətbəx mebeli, hündür tavanları, duş kabinalı sanuzeli, quraşdırılmış işıqlandırma sistemi var. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir, isti döşəməsi var. Həyətində geniş filterli hovuzu, manqalxana, maşın saxlamaq üçün yer, besedka, yay mətbəxi, pultla idarə olunan darvaza, dekorativ ağacları və gülləri, su anbarı, sensorlu gecə işıqları var. 4 mövsüm yaşamaq üçün əlverişlidir. Yolu qapıya kimi asfaltdır. Kupçası (Çıxarışı) var. Start qiyməti 255 000 AZN. Qeyd : Bakı ətrafı qəsəbələrdə, xüsüsən də Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran və s. ərazilərdə satışda olan digər bağ evləri və villalarımız var. Buyurun bizə müraciət edin.
© Bakı Bağları · emlak.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.