Evin sahibi özüməm. Ev yüksək səviyyədə təmir olunub və istənilən vaxt baxış keçirmək mümkündür.
Əlavə olaraq, evə aid 180 m²-lik geniş terras da sənədlərdə rəsmi şəkildə qeyd olunub. Bu ərazini tamamilə öz zövqünüzə uyğun şəkildə istifadə edə bilərsiniz — bağça, besedka, uşaqlar üçün əyləncə zonası, istirahət guşəsi və ya başqa bir konsept yaratmaq mümkündür.
Terrasın böyük olması sizə həm rahat, həm də çox funksional bir məkan dizayn etmək imkanı verir. İstədiyiniz formada layihələndirib, öz zövqünüzə uyğun mükəmməl bir yaşayış və istirahət məkanı yarada bilərsiniz.