
Bakı31
Satılır 5 otaqlı həyət evi / bağ evi 137 m², Şəki rayonu





120 000 ₼
Satılır 5 otaqlı həyət evi / bağ evi 137 m², Şəki rayonu
Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 95 000 ₼ – 280 000 ₼
Belə elanlar orta hesabla 13 günə bağlanır
m² qiyməti 876 ₼ · Bakı medianı 1 174 ₼ — 25 % ucuz · rayon məlum deyil — bütün şəhərlə müqayisə
SatılırAnaliz edilibİşlənmiş4 həftə əvvəl
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı5 və daha çox
Sahə137 m²
TəmirOrta təmirli
Tarix
Baxışlar31
Nömrə№4753878
Təsvir
Şəki, Küdürlü kəndində ev və torpaq satılır.
Küdürlü kəndi Şəki şəhərindən cənubda 1saylı Çələbixan qəsəbəsi istiqamətində, şəhərdən təxminən 10 km məsafədə, yolun sağ tərəfində yerləşir. Eyni zamanda Kənd Şəki Dəmiryol vağzalına 1 km məsəfədə yerləşir. Ev Kənd məktəbinə 150m kənddən axan Əyri çaya isə 50 m məsafədə yerləşir. Kəndin yolu asvalt deyil, ancaq şeben töküldüyü üçün yollar səliqəli vəziyyətdədir.
Ev iki hissədən ibarətdir: Kürsülü Ev ve Yer evi. Evin təmiri təzədir.
Ev 3 yataq otağı, 2 oturma otağı + mətbəx və seyvandan ibarətdir.
Yer evinin içində hamam-tuvalet var, həyətdə də ayrıca tuvalet var.
Mətbəxdə və hamam-tuvaletdə isti soyuq su daimidir.
Daimi işıq və internet var, həyətə içməli su gəlir
Kəndə qaz hələ çəkilməyib. İsitmə(elektrik vəya odun sobası ilə)
1 ci Yataq otağı 17kvm, 2 ci Yataq otağı 8,50kvm, 3 cü Yataq otağı 17,20kvm, 1 ci Oturma otağı 20,80kvm, 2 ci Oturma otağı 25,37kvm, Seyvan 28kvm, Mətbəx 15,22kvm, Hamamtuvalet 4,72kvm. (Toplam 137kvm)
Təsərrüfat tikililəri
3 böyük və 1kiçik naves var. İkisi təsərrüfat navesi kimi istifadə olunur. Digər ikisi evin ön və yan hissəsini əhatə edir(sahələri 56 və 36 kvm)
Tövlə var, kiçik və çardaqsızdır.
Torpaq sahəsi
Evin ön hissəsində 4 sot, arxa hissəsində isə 5 sot həyəti var. Həyətə bitişik 50 sot bağı var. Evdən 300 m aralıda 22 sot ayrıca bağı var. Evdən 1.5 km aralıda 1 hektar Şəki- Çələbixan magistral yolunun kənarında əkin sahəsi var.(Ümumi torpaq sahəsi 181 sotdur)
Su təminatı
Həyətə içməli su gəlir. Arx suyu isə arxlar təmizləndikdə daimi gəlir. Arxlar təmizlənmədikdə isə suvarma suyu matorla Əyri çaydan çəkilir.
Üstünlükləri
Şəhərə yaxındır. Şəki Qatar vağzalına yaxındır, kəndin içindən çay axmaqdadır. Heyvandarlıq üçün yaxşı şərait var, kəndin qarşısında otlaq kimi istifadə edilən Daşüz sıra dağları yerləşməktədir.
Ev və torpağın sənədi (Kupçası) var
REKLAM









