Prayk
Satılır 5 otaqlı həyət evi / bağ evi 145 m², Şüvəlan qəsəbəsi, Xəzər rayonu — Daşınmaz əmlak, Bakı
245 000 ₼

Satılır 5 otaqlı həyət evi / bağ evi 145 m², Şüvəlan qəsəbəsi, Xəzər rayonu

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Bu elan
ucuzoxşar elanların çoxubaha
Ətraflı analiz
Oxşar 1511 elanın orta qiyməti 132 000 ₼ — bu elan təxminən 110 000 ₼ (86%) bahadır.
Oxşar elanların çoxu bu aralıqdadır: 33 000 ₼ – 258 000 ₼
YoxlanılıbİşlənmişBu gün
ŞəhərBakı
RayonXəzər
Əməliyyat növüSatış
Otaq sayı5 və daha çox
Sahə145 m²

№6320410·Baxışlar: 6

Təsvir

🔥 Eksklüziv təklif! Şüvəlanda Mirmöhsün Ağa ziyarətgahından aşağı 200 metr, dənizə 5 dəqiqəlik məsafədə, elit və çox sakit məhlədə 4 mövsüm yaşana biləcək bağ evi. 🌳 Yerləşmə və Həyət Üstünlükləri: 🔹 Ev əsas yoldan 50 metr içəridə yerləşir, hansısa uzaq dalanlarda və ya yüksəkgərginlikli kabel altında deyil. Evin düz qarşısında park salınması gözlənilir. 🔹 Evin dörd bir tərəfindən hava işləyir (hasarla iki metr və daha çox arası var) 🔹 Evin həyətinin qarşısında 5-6 maşınlıq yer var və yalnız iki qonşuya aiddir, yəni həyətdə maşın saxlamağa ehtiyac yoxdur. 🔹 Həyətə IP kamera ilə nəzarət olunur. Telefonla istənilən yerdən nəzarət etmək olur. 🔹 Həyətin qapısı bahalı avtomatik darvazadır və pultla idarə olunur. 🔹 Həyətdə müasir motorxanası olan 3x7 metr ölçüsündə hovuz, bahalı rattan mebellə təchiz olunmuş söhbətgah, yay mətbəxi və manqalxana, həyət sanuzeli vardır. 🔹 Ən əsası ev və həyət (hovuz, sanuzel və s.) bu ərazidəki əksər bağ evlərindən fərqli olaraq kanalizasiya sisteminə qoşulmuşdur (şambo deyil). Həmçinin şirin su ilə təchiz olunmuşdur. 🔹 Həyətdə müxtəlif qiymətli dekorativ və meyvə ağacları, qazon örtüyü, güllər vardır. 🔹 2 tonluq su çəni vardır. İşıq, su və qaz daimidir. 🏠 Evin Xüsusiyyətləri və Təchizatı: 🔹 3 sot torpaqda, 145 kvadrat metr ikimərtəbəli bağ evi yüksək keyfiyyətlə tikilmişdir. 🔹 Planlama: 5 otaq (3 yataq, 1 qonaq otağı, 1 əlavə otaq), 1 mətbəx, 3 sanuzel. 🔹 İsitmə: Birinci mərtəbə keromaqranit və isitməli döşəmə sistemidir. 32 kVT kombi sistemi ilə təchiz olunmuşdur. ⚠️ Tam Əşyalı Satılır: Bahalı mebellər (qonaq yataq, uşaq, və s.), 2-3 ay istifadə olunmuş yeni LG Soyuducu, LG Paltaryuyan, Bosch qabyuyan, Televizor. 📄 Sənədlər və Satış Şərtləri: ✅ Sənəd: Paket kupçadır (evin və torpağın çıxarışı, həmçinin texpasportu var), rahatlıqla addan-ada keçiriləcək. ✅ Qarşıdan gələn mövsümdə alıb yüksək qiymətə kirayə vermək istəyən şəxslər üçün də əla fürsətdir. Bu ərazidə bu qiymətə 2 mərtəbəli və tam təchiz olunmuş ev tapmaq çətin məsələdir. ✅ Öz evimdir, öz yaşayışımız üçün düzəldilib, satış məqsədimiz olmayıb, köçlə əlaqədar təcili satılır. Real alıcı ilə qiymətdə razılaşmaq olar. ❗ Real müştərisi olan vasitəçilərlə razılaşma əsasında əməkdaşlıq etmək olar.

Elanın mənbəyi

Orijinal elanı aç

© binatap.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM