Prayk
Satılır 5 otaqlı həyət evi/bağ evi 150 m² — Ev, villa, Bakı
270 000 ₼

Satılır 5 otaqlı həyət evi/bağ evi 150 m²

Bazar qiymətindən bahaBazar təklif qiyməti səviyyəsindədir
Sürətli satış
169 000 ₼
Bazar
208 000 ₼
Yuxarı zolaq
274 000 ₼
SatılırAnaliz edilibİşlənmişBu gün
Şəhər
Bakı
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
5 və daha çox
Sahə
150 m²
Torpaq sahəsi
0.9 sot
Tarix
Nömrə
№3446564

Təsvir

Qaraçuxur qəsəbəsində, yerli sakinlər tərəfindən “milyonerlər küçəsi” adlandırılan tanınmış küçələrdən birində fərdi yaşayış evi satışa təqdim olunur. ---------------------------------------------------------------------------- Bu əmlakın əsas üstünlüyü məhz yerləşdiyi ünvandır. Sakit və rahat mühitə malik olan ərazi fərdi yaşayış evləri ilə seçilir. Küçədə tanınmış şəxslərin mülkləri yerləşir. Həmçinin həmin küçədə Bakı şəhərinin keçmiş meri Hacıbala Abutalıbovun villasının yerləşməsi də bu əraziyə olan marağı artıran amillərdəndir. ---------------------------------------------------------------------------- Evin faktiki sahəsi 150 m² təşkil edir, çıxarışda (sənəddə) isə 124,5 m² qeyd olunub. Torpaq sahəsinin ölçüsü 0,0099 hektardır. Ev iki mərtəbədən ibarətdir: İkinci mərtəbə (yaşayış hissəsi): geniş zal; 2 yataq otağı; dəhliz; mətbəx; sanitar qovşaq. Bu mərtəbə yaşayış üçün nəzərdə tutulub. Ev müasir təmirli deyil və yeni sahibinə öz zövqünə uyğun dizayn və təmir işləri apararaq fərdi yaşayış məkanı yaratmaq imkanı verir. Birinci mərtəbə: əvvəllər atelye kimi istifadə olunub; 2 geniş otaq; kiçik dəhliz; sanitar qovşaq; əlavə saxlanc otağı (kladovka). Həmçinin giriş hissəsində avtomobil yerləşdirmək üçün istifadə oluna biləcək qapalı sahə mövcuddur. Bu hissə həm qaraj, həm də təsərrüfat məqsədli əlavə məkan kimi istifadə edilə bilər. ---------------------------------------------------------------------------- Evin planlaşdırılması həm yaşayış, həm də müxtəlif fəaliyyət istiqamətləri üçün uyğunlaşdırıla bilər. Birinci mərtəbə gələcəkdə ofis, kabinet, emalatxana və ya digər fəaliyyət sahəsi kimi istifadə üçün əlverişli potensiala malikdir. ---------------------------------------------------------------------------- Ərazidə bütün zəruri infrastruktur mövcuddur: məktəblər və gimnaziyalar; uşaq bağçaları; park və istirahət zonaları; marketlər və mağazalar (Araz, OBA Market, TAM Store və digər ticarət obyektləri). ---------------------------------------------------------------------------- Bu ev sakit ərazidə, yaxşı yerləşmə nöqtəsinə malik, geniş istifadə imkanları və öz zövqünə uyğun formalaşdırmaq potensialı olan bir əmlak axtaran şəxslər üçün maraqlı seçimdir.

Elanın mənbəyi

Orijinal elanı aç

© Ramin bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax