Prayk
Satılır 5 otaqlı həyət evi/bağ evi 160 m² — Ev, villa, Bakı
180 000 ₼

Satılır 5 otaqlı həyət evi/bağ evi 160 m²

Bazar qiymətindən bahaBazar təklif qiymətindən ~39% yuxarı
Sürətli satış
101 500 ₼
Bazar
129 500 ₼
Yuxarı zolaq
161 250 ₼
Bazar medianı 129 500 ₼ — 129 500 ₼ təklif etmək məqsədəuyğundur
SatılırAnaliz edilibİşlənmişBu gün
Şəhər
Bakı
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
5 və daha çox
Sahə
160 m²
Torpaq sahəsi
8 sot
Tarix
Nömrə
№3365765

Təsvir

Satılır – Fatmai kəndində möhkəm tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi 8 sot . Bakı şəhəri, Abşeron rayonu, Fatmai kəndində, əsas yoldan cəmi 50–60 metr məsafədə yerləşən, şəxsi istifadə üçün yüksək keyfiyyətlə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi satışa çıxarılır. Ev 160 m² sahəyə malikdir. Tikinti zamanı monolit beton, keyfiyyətli armatur və beton kəmərlərdən istifadə olunub. Ev kommersiya məqsədilə deyil, şəxsi yaşayış üçün tikildiyindən tikinti keyfiyyətinə xüsusi diqqət yetirilib. Plan üzrə 5 otaq və geniş mətbəxdən ibarətdir. Birinci mərtəbə orta təmirlidir və yaşamaq üçün yararlıdır. İkinci mərtəbə isə təmirsizdir ki, yeni sahibi onu öz zövqünə uyğun tamamlaya bilər. Torpağın çıxarışı (kupçası) mövcuddur və sənədləşmə tam qaydasındadır. Qaz, su və işıq daimidir. İstilik sistemi çəkilib, radiatorların quraşdırılması isə yeni sahibinin seçiminə buraxılıb. Həyətdə əlavə olaraq 2 otaqlı yay mətbəxi mövcuddur. Yay aylarında ailəvi istirahət üçün çox əlverişlidir. Geniş talvarı, səliqəli həyəti və müxtəlif meyvə ağacları ilə zəngindir. Həyətdə əncir başda olmaqla müxtəlif ağaclar mövcuddur. Evin iki balkonu var və fərqli istiqamətlərə açılır. Balkondan gözəl dəniz mənzərəsi görünür. Məktəb, uşaq bağçası, market və digər zəruri obyektlər evə yaxın məsafədə yerləşir. Qiymət: 180 000 AZN. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Möhkəm tikilmiş, əlverişli yerləşməsi, geniş həyəti və gözəl mənzərəsi olan bu ev həm yaşamaq, həm də gələcək üçün dəyərli investisiya seçimidir.

Elanın mənbəyi

Orijinal elanı aç

© Şahin bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar