Bakı4
Satılır 5 otaqlı həyət evi/bağ evi 300 m²












742 000 ₼
Satılır 5 otaqlı həyət evi/bağ evi 300 m²
SatılırKopyaİşlənmişDünən
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı5 və daha çox
Sahə300 m²
Torpaq sahəsi24 sot
TəmirOrta təmirli
İpotekaya yararlıBəli
Tarix
Baxışlar4
Nömrə№4187581
Əməliyyat növüSatış
Otaq sayı5 və daha çox
Torpaq sahəsi24 sot
İpotekaya yararlıBəli
Baxışlar4
Nömrə№4187581
Təsvir
KUPÇALI✅ İPOTEKAYA YARARLI✅ƏŞYALI!
Nardaranda,Ləhic Bağlarının 28-ci dalanında (quru tərəf), əsas yoldan cəmi 150 metr məsafədə yerləşən, 24 sot torpaq sahəsində inşa edilmiş 300 m² sahəli, tam təmirli, 2 mərtəbəli premium həyət evi satışa təqdim olunur.Bağ evimiz əşyalarla birgə (2-3 ədəd əşya istisna) satılır.Həm torpağın,həmdə evin kupçası var.İpotekaya yararlıdır.Bu ərazidə tək torpağın sotu 20000 manatdır.
Ev funksional və rahat planlaşdırmaya malikdir. Burada geniş zal, böyük mətbəx və ayrıca yemək otağı, 4 geniş yataq otağı yerləşir. Yataq otaqlarından biri master bedroom olub, özünə məxsus sanitar qovşağı və qarderob otağı ilə təchiz edilib. Evin geniş holu, hər mərtəbədə ayrıca sanitar qovşağı, 2 eyvan, 2 veranda və tam istifadəyə yararlı bağlı çardağı mövcuddur.
İstilik sistemi kombidir. Hazırda hər mərtəbəyə ayrıca xidmət göstərən 2 kombi quraşdırılıb, üçüncü kombinin quraşdırılması üçün bütün kommunikasiya hazır vəziyyətdədir. Bütün otaqlar kondisionerlə təchiz olunub. Evin interyerində yüksək keyfiyyətli mebel və qapılardan istifadə olunub. Evin və həyətdə yerləşən bütün tikililərin fasadı təbii Ağlay daşı ilə üzlənib, bu isə tikililərə həm möhtəşəm görünüş, həm də uzunömürlülük qazandırır.
Həyətdə 12×5 metr ölçüdə, mozaika və mərmərlə işlənmiş skimmer sistemli hovuz, 2 avtomobillik qaraj, ayrıca hamam və sanitar qovşağı yerləşir. Bundan əlavə, 120 m² əlavə tikili mövcuddur. Tikilinin 60 m²-i açıq, 60 m²-i qapalı hissədən ibarətdir. Qapalı hissə sauna, hamam və qapalı istirahət zonası kimi layihələndirilib və tamamlanma mərhələsindədir.
Torpaq sahəsinin 10 sotunda premium avtomatik suvarma sistemi ilə təchiz edilmiş qazon, 6 sotunda isə açıq yaşıllıq sahəsi mövcuddur. Həyətin döşəməsində yüksək keyfiyyətli “Vibraston” istehsalı olan “İçərişəhər” seriyalı tamet daşlarından istifadə olunub. Jalüz tipli giriş qapısı quraşdırılıb. Ərazi limon kiparisləri və piramidal kiparislərlə zövqlə yaşıllaşdırılıb.Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.Allah alanada,satanada,bizədə xeyir versin İnşaAllah.Ofis haqqı 1%.
Elanın mənbəyi
Orijinal elanı aç© Rəsul bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
