Prayk
Satılır 6 otaqlı Həyət evi / Villa, 400 m², Səbail rayonu — Ev, villa, Bakı
558 000 ₼

Satılır 6 otaqlı Həyət evi / Villa, 400 m², Səbail rayonu

Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Ətraflı analiz
Oxşar 26342 elanın orta qiyməti 163 500 ₼ — bu elan təxminən 390 000 ₼ (241%) bahadır.
Oxşar elanların çoxu bu aralıqdadır: 95 000 ₼ – 281 750 ₼
Belə elanlar orta hesabla 14 günə bağlanır
m² qiyməti 1 395 ₼ · Bakı medianı 1 175 ₼ · 19 % baha · rayon məlum deyil — bütün şəhərlə müqayisə
Kopyaİşlənmiş1 ay əvvəl
ŞəhərBakı
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı5 və daha çox
Sahə400 m²
Torpaq sahəsi5 sot
Mərtəbə sayı4
ƏşyalıBəli

№3570784·Baxışlar: 35

Təsvir

Badamdar qəsəbəsində, havası təmiz, sakit və ən əsası panoraması açıq bir küçədə, satış məqsədi ilə yox, özü üçün, ürəklə tikilmiş bir həyət evi satışa çıxıb. Bu evi görən kimi fərqi hiss edəcəksiniz. Tikinti zamanı xərclərdən qaçılmayıb. Evin bütün ara kəsmələri monolit betondan tökülüb, divarları möhkəm, illərə davam gətirəcək bir tikilidir. Remontda isə ən keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Bura sadəcə ev yox, usta əli dəyən, zövqlə yığılan bir ailə evidir. Ev ümumi 4 mərtəbədən ibarətdir. Yuxarıda 3 tam yaşayış mərtəbəsi, aşağıda geniş zirzəmi mərtəbəsi və yeni tikilmiş ayrıca qaraj hissəsi var. Yəni böyük ailə üçün də, qonaqlı-qaralı həyat üçün də yeri bol-bol olacaq. Evin isitmə sistemi kombidir, həyətdə isə ayrıca yay mətbəxi mövcuddur. Yayda, qışda rahatlığı tam təmin olunub. Sənədləşmə tərəfi tam qaydasındadır. Həm evin özünün, həm də torpağın ayrı-ayrılıqda çıxarışı, kupçası var, texniki pasportu hazırdır. Birbaşa notariat qaydasında alqı-satqı edəcəksiniz. Və bu evin ən böyük gözəlliyi onun mənzərəsidir. Hər mərtəbədən, hər pəncərədən açıq dəniz panoraması görünür. Səhər oyananda da, axşam çay içəndə də qarşınızda mavi dəniz olacaq. Belə açıq, kəsilməyən dəniz mənzərəsini Badamdarda tapmaq artıq çox çətindir. Ev əşyalı satılır. Yəni əlavə xərc çəkmədən birbaşa köçüb yaşaya bilərsiniz. Təcili satıldığı üçün real dəyərindən xeyli aşağı qoyulub. Bu qiymətə Badamdarda bu keyfiyyətdə ikinci bir ev yoxdur. Barter də mümkündür, variantlara baxılır. Bu fürsət çox qalmayacaq. Qiymət - 558.000 AZN. Real alıcıya baxışdan sonra endirim olacaq. Ətraflı baxış və məlumat üçün Dostlar Əmlak Agentliyi ilə əlaqə saxlayın. Təmirli, Qaz, Su, İşıq, Balkon, Əşyalı, Kombi sistemi
REKLAM