Prayk
Satılır obyekt 270 m² — Əmlak, Bakı
780 000 ₼

Satılır obyekt 270 m²

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Bu elan
ucuzoxşar elanların çoxubaha
Ətraflı analiz
Oxşar 19 elanın orta qiyməti 625 000 ₼ — bu elan təxminən 160 000 ₼ (25%) bahadır.
Oxşar elanların çoxu bu aralıqdadır: 472 500 ₼ – 915 000 ₼
Kopyaİşlənmiş1 ay əvvəl
ŞəhərBakı
RayonNəsimi
KateqoriyaObyekt
Əməliyyat növüSatış
Əmlakın növüObyekt
Sahə270 m²
Çıxarış (kupça) varBəli
İpotekaya yararlıBəli

№4194697·Baxışlar: 40

Təsvir

Nərimanov rayonunda, Təbriz küçəsinə paralel Çapayev ərazisində, Ə. Ağaoğlu küçəsi ilə Ə. Əlizadə küçəsinin kəsişməsində, “Su Sonası” şadlıq evinin arxasında yerləşən yeni tikili binanın altında 2 mərtəbəli obyekt satışa çıxarılıb. Ümumi sahəsi 270 kv.m olan obyekt hər iki mərtəbədə tam fəaliyyət göstərən kafe-restoran formatında hazırlanıb. Məkan 2 geniş zal və 4 ayrıca kabinetdən ibarətdir. Obyekt yüksək səviyyədə təmir olunub və fəaliyyət üçün bütün zəruri şərait yaradılıb. Obyektdə kamera sistemi, 2 böyük kondisioner, işlək havalandırma sistemi, audio sistem, optik internet, administrator otağı, işçilər üçün geyim otağı, 2 anbar, 4 sanitar qovşaq, bütün lazımi avadanlıqlarla təchiz olunmuş geniş mətbəx və mətbəx lifti mövcuddur. Kabinetlərin hər biri televizor və oyun qurğuları ilə təmin edilib. Obyekt bütün mebel, əşya və avadanlıqları ilə birlikdə satılır. Su, işıq və istilik sistemi daimidir. Ətraf ərazidə çoxsaylı yaşayış binaları, həmçinin yeni tikilməkdə olan komplekslər yerləşir ki, bu da obyektin kommersiya potensialını daha da artırır. Sənədi çıxarışdır (kupça). Obyekt hazırda icarədədir və gəlir gətirən investisiya imkanıdır. Satış qiyməti 780 000 manatdır. Ofis haqqı 1% təşkil edir.
REKLAM