Prayk

Satınalma Mütəxəssisi

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar
10
Nömrə
№5323263

Təsvir

Şirkətimizə yerli və xarici bazarlardan tələb olunan məhsul və avadanlıqların araşdırılması, təchizatçıların seçilməsi və satınalma prosesinin idarə olunması üçün təcrübəli xanım Satınalma Mütəxəssisi axtarılır. Tələblər: Xanım namizəd Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı; Yerli və xarici təchizatçılarla işləmək təcrübəsi; Danışıqlar aparmaq və kommersiya təkliflərini qiymətləndirmək bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Məsuliyyətli, operativ və analitik düşüncə tərzi; İT və telekommunikasiya sahəsində satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Vəzifə öhdəlikləri: Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması; Təchizatçılarla danışıqların aparılması və qiymət təkliflərinin əldə edilməsi; Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi; Çatdırılma prosesinə nəzarət edilməsi; Bazar araşdırmalarının aparılması və alternativ təkliflərin hazırlanması. Sifarişlərin hazırlanması və təchizat prosesinin izlənilməsi; Xarici bazarlarda məhsulların və alternativ təchizatçıların araşdırılması; İdxal və logistika proseslərinin koordinasiyasında iştirak; Təklif edirik: İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: müsahibə əsasında; Karyera və peşəkar inkişaf imkanları; Stabil və peşəkar iş mühiti. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Satınalma Mütəxəssisi" qeyd olunmalıdır. Son müraciət tarixi: 29.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Nimpex jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp