Prayk

Satınalma üzrə Mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar
13
Nömrə
№5199549

Təsvir

Vəzifə öhdəlikləri: Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək; Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək; Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək; Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq; Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək; Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək; Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək; Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək; Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq; Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək; Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək; Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək; Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq; Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq. Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi; Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı; 1C proqramı ilə işləmək bacarığı; Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək; Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik; Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı; Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı; Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı. İş şəraiti İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət; İş yeri: Bakı şəhəri; Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 27.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Amina and S Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp