Prayk
Satınalma üzrə mütəxəssis — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Satınalma üzrə mütəxəssis

YoxlanılıbBu gün

№6405538·Baxışlar: 5

Təsvir

İş şəraiti İş yeri: Nərmanov / Ə.Rəcəbli İş rejimi: Tam iş günü Vəzifə öhdəlikləri Daxil olan satınalma sorğularının qəbul edilməsi və təhlili; Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi; Məhsul və xidmətlər üzrə bazar araşdırmasının aparılması; Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin hazırlanması; Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması; Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət edilməsi; Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq münasibətlərinin qurulması; Sifarişlərin vaxtında və tələb olunan keyfiyyətdə çatdırılmasının təmin edilməsi; Müqavilə, hesab-faktura və digər satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması; Satınalma prosesi üzrə hesabatların hazırlanması. Namizədə tələblər Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür); Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi; Satınalma prosedurları və təchizat zənciri üzrə biliklər; MS Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı; Danışıqlar aparmaq və analitik düşünmə qabiliyyəti; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək bacarığı; İngilis və rus dillərini bilmək; Təchizat (supply) şirkəti təcrübəsi olaması üstünlükdür. Şirkət tərəfindən təklif olunur Rəqabətə və vəzifəyə (kiçik,aparıcı və baş mütəxəssis) uyğun əməkhaqqı; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; 5 günlük iş rejimi; Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 26.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Caspian Industry MMC jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM