
Bakı5
Satış ekspeditoru (Meyvə-tərəvəz)
Satış ekspeditoru (Meyvə-tərəvəz)
1 500 ₼
Yoxlanılıb2 gün əvvəl
Təsvir
İş şəraiti Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi; Yanacaq xərclərinin qarşılanması; Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
MüraciətNamizədlər CV-lərini ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər.
Şəxsi avtomobilinin olması (mütləqdir); Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.
Əmək haqqı: 500-1500 AZN
Elanın mənbəyi
Orijinal elanı aç© Profitline Consultinq MMC azjob.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM













