
Bakı16
Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)
Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)
800 ₼
Yoxlanılıb5 gün əvvəl
Təsvir
Şəhər: Bakı
Maaş: 800 AZN (net) + bonus
Təcrübə: 1 ildən çox
Təhsil: Orta ixtisas və ya ali
Şirkət haqqında:
“MOYA TRADE” MMC Bakıda marketləri, restoranları və kafeləri meyvə-tərəvəzlə təchiz edir. Sifarişlər qəbul edilir, anbarda hazırlanır və ertəsi gün müştərinin ünvanına çatdırılır.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi, sosial sığorta və illik məzuniyyət.
Maaş: 800 AZN (net).
Bonus: satış nəticələrinə görə, KPI əsasında. Yuxarı həddi yoxdur.
Şəxsi avtomobilin yanacaq və amortizasiya xərcləri qarşılanır.
Mobil rabitə xərcləri qarşılanır.
İş qrafiki: həftədə 40 saat. Bazar ertəsi–cümə 09:00–17:00, şənbə 09:00–14:00.
Müraciət qaydası:
Müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. CV göndərərkən məktubda və ya mesajda bu vəzifədə nə iş görəcəyinizi 2–3 cümlə ilə öz sözlərinizlə yazın. Qısa izahı olmayan müraciətlər elanı oxumadan göndərilmiş hesab ediləcək və nəzərə alınmayacaq.
Öhdəliklər
Bakıda şəbəkə marketləri, restoranları, kafeləri və otelləri müəyyən etmək və ziyarət etmək.
Meyvə-tərəvəz çeşidini və qiymətlərini təqdim etmək, kommersiya danışıqları aparmaq.
Müştərilərlə alqı-satqı müqavilələrinin bağlanmasını təşkil etmək.
Gündəlik sifarişləri qəbul etmək və onlayn sistemə yerləşdirmək.
Müştəri bazasını yaratmaq və yeniləmək.
Ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək.
Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və satış həcmini artırmaq.
Tələblər
B2B satışda, distribusiyada və ya ekspeditor kimi ən azı 1 il təcrübə. Meyvə-tərəvəz, ərzaq və ya HoReCa sahəsində təcrübə üstünlükdür.
Şəbəkə marketlərin satınalma menecerləri, restoran və kafe sahibləri ilə danışıq aparmaq bacarığı.
Şəxsi avtomobil və B kateqoriyalı sürücülük vəsiqəsi.
Smartfondan sərbəst istifadə: WhatsApp, Google Maps, onlayn sifariş sistemi.
Azərbaycan dilini mükəmməl, rus dilini danışıq səviyyəsində bilmək.
Məsuliyyət, nəticəyə yönəlmə və müştəri ilə uzunmüddətli əlaqə qurmaq bacarığı.
Elanın mənbəyi
Orijinal elanı aç© Moya Trade busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM





