Prayk

Satış koordinatoru

Razılaşma yolu ilə
Analiz edilibBu gün
ŞəhərBakı
KateqoriyaSatış

№6444058·Baxışlar: 2

Təsvir

Ünvan: Xətai rayonu, Məhəmməd Hadi 21/b Vəzifə öhdəlikləri: Topdan, horeca və korporativ satışla bağlı yeni müştərilər cəlb etmək, bununla bağlı qiymət təklifləri və kommersiya şərtlərini hazırlamaq; Topdan, horeca və korporativ müştərilərinin sifarişlərini emal etmək və izləmək; Müştəri bazasını aparmaq, təkrar sifariş faizini artırmaq üzrə tədbirlər təklif etmək; Mağazaların satış göstəricilərini toplamaq, planla müqayisə etmək və kənarlaşmaları rəhbərliyə vaxtında bildirmək; Mağazalar arasında assortiment balansını tənzimləmək, az hərəkət edən qalıqların transferini təşkil etmək; Mağaza menecerləri ilə həftəlik iclaslar keçirmək və müştəri şikayətlərini sistemləşdirmək; Qiymət, endirim və aksiya şərtlərinin bütün mağazalarda eyni tətbiq olunmasına nəzarət etmək; Meta, whatsapp və sayt üzərindən gələn sifarişlərin cavabsız qalmamasına və vaxtına təmin edilməsinə nəzarət etmək; Onlayn sifarişləri mağaza və istehsalatla əlaqələndirməsinə, çatdırılma qrafikinə nəzarət etmək; Kuryer marşrutlarını və çatdırılma xərclərini optimallaşdırmaq; Gündəlik satış və qalıq məlumatlarına əsasən istehsalata sifariş proqnozunun uyğunluğuna nəzarət vermək; Təzə məhsullar üzrə son istifadə tarixlərini izləmək, itkiləri minimuma endirmək; Qablaşdırma, xonça və hədiyyə aksesuarlarının vaxtında təchizini izləmək; Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq; Məhsul, mağaza və kanal üzrə satış dinamikasını təhlil etmək, əsaslandırılmış tövsiyələr vermək; Rəqabət qiymətlərini və bazar tendensiyalarını izləmək; Yeni satış işçilərinin adaptasiyasında iştirak etmək, məhsul bilikləri üzrə təlimləri koordinasiya etmək; Satış prosesinin addımlarını (sifariş → hazırlıq → çatdırılma → ödəniş) uyğunluğuna nəzarət etmək və optimallaşdırıcı tövsiyyələr vermək. İş barədə məlumat: 6 günlük: 09:00-17:00; Bazar günü istirahət; Əmək haqqı: Razılaşma yolu bazara uyğun sabit maaş + bonus; Nahar şirkət tərəfindən verilir; Korporativ nömrə ilə təmin olunur; Şirkət əməkdaşları üçün endirim və üstünlük imkanları. Namizədə tələblər: Yaş: 25–45; B2B satış sahəsində 3-5 il təcrübəsi olanlara üstünlük verilir; Şəxsi avtomobili olanlara üstünlük verilir; Rus və ya ingilis dili biliyi üstünlükdür; Yazılı və şifahi ünsiyyət bacarığı; Operativlik, məsuliyyət və təşəbbüskarlıq. Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya nömrəyə göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209391/satis-koordinatoru
REKLAM