
Bakı12
Satış meneceri
Satış meneceri
700 ₼
Yoxlanılıb1 həftə əvvəl
Təsvir
“Office Point” MMC, dəftərxana və ofis ləvazimatları üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.
İş rejimi: 5 günlük (I-V günlər saat 10:00 dan–18:00 dək)
Əmək haqqı: 700- 1500 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).
Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
Qeyd: Satış şəxsi avtomobili olanlara üstünlük verilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər:
Korporativ satış sahəsində minimum 3 il təcrübə.
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
Satış texnikaları və danışıqlar aparma bacarığı.
Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.
Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması
Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.
Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.
Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.
Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.
Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.
Maaş: 700-1500 AZN
Yaş: 26-40
Təhsil: Natamam ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Officepoint boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM





