
1
Satış meneceri
Satış meneceri
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar1
Nömrə№5926112
Təsvir
İşin əsas vəzifələri
Clopos proqram təminatının HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə (restoran, kafe, hotel və digər iaşə obyektləri) satışını həyata keçirmək;
Yeni potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq və əməkdaşlıq imkanlarını araşdırmaq;
Müştərilərin biznes ehtiyaclarını öyrənərək Clopos-un funksionallığını və təqdim etdiyi üstünlükləri izah etmək;
Məhsulun təqdimatını (demo) keçirmək və müştərilərə uyğun həllər təklif etmək;
Satış prosesini ilkin əlaqədən razılaşmanın əldə olunmasına qədər idarə etmək;
Yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Mövcud müştərilərlə işgüzar münasibətləri qorumaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək;
Satış fəaliyyətinə dair hesabatlar hazırlamaq və CRM sistemində müvafiq məlumatları yeniləmək.
Namizədə dair tələblər
Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
Satış sahəsində təcrübə;
B2B və SaaS satış təcrübəsi üstünlükdür;
HoReCa sektorunu tanımaq və bu sahədə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək bacarığı;
Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli yanaşma;
CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Clopos-da səni nə gözləyir?
Rəqabətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Gənc, dinamik və dəstəkləyici komanda mühiti;
Çevik iş qrafiki və uzaqdan işləmək imkanı;
Beynəlxalq bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinin inkişafında iştirak etmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Clopos jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM









