Prayk
Satış Meneceri — Satış
800 ₼

Satış Meneceri

YoxlanılıbBu gün
Kateqoriya
Satış
Tarix
Baxışlar
14
Nömrə
№6166318

Təsvir

İş şəraiti İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 115 Əməkhaqqı: 800 AZN + limitsiz bonus İş qrafiki: Bazar ertəsi – şənbə, 10:00–19:00 Məşğulluq növü: Tam ştat Auto Trader MMC Amerika avtomobil hərraclarından Azərbaycana avtomobillərin sifarişi, daşınması və idxalı üzrə ixtisaslaşmış şirkətdir. Komandamıza avtomobil sahəsinə marağı olan, satış bacarıqlarına malik, məsuliyyətli və nəticəyönümlü satış meneceri axtarırıq. Vəzifə öhdəlikləri Müştəri müraciətlərini cavablandırmaq və şirkətin xidmətləri barədə məlumat vermək; Müştərilərin büdcə və tələblərinə uyğun avtomobillərin seçilməsində köməklik göstərmək; Amerika avtomobil hərraclarında avtomobilləri araşdırmaq və yekun idxal xərclərini hesablamaq; Satış və sifariş prosesini həyata keçirmək, müqavilələri rəsmiləşdirmək; Sifarişin icra vəziyyəti barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq; Satış və sifariş məlumatlarını şirkətin daxili sisteminə daxil etmək. Namizədə dair tələblər Avtomobil satışı üzrə satış meneceri vəzifəsində minimum 1 il iş təcrübəsi; Avtomobil markaları, modelləri və texniki xüsusiyyətləri barədə biliklər; Yüksək ünsiyyət, təqdimat və satış bacarıqları; Azərbaycan dilində sərbəst danışıq və ingilis dilində məlumatları oxuyub anlamaq bacarığı; Kompüter və ofis proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, dürüst, təşəbbüskar və nəticəyönümlü olmaq; Sürücülük vəsiqəsinin olması üstünlükdür. Biz nə təklif edirik? Rəsmi əmək müqaviləsi; 800 AZN sabit aylıq əməkhaqqı; Satılan hər avtomobilə görə əlavə bonus; Yuxarı həddi olmayan bonus sistemi; Rahat iş şəraiti və korporativ iş telefonu. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Veb-sayt: https://autotrader.az Yalnız vakansiyanın tələblərinə uyğun olan və müsahibə mərhələsinə seçilən namizədlərlə əlaqə saxlanılacaq. Maaş: 800 AZN Son müraciət tarixi: 20.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Auto Trader MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp